Qadın sadəcə sevişmək üçün yaradılmayıb!
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 23:36 26 may 2018 tarixində əlavə olunmuşdur

İnsanlarla cinsinə görə davranmağı, onlara cinsinə görə sınırla yanaşmağımızı bizə uşaqlıqdan təlqin edirlər. Hələ balaca uşaq ikən oyunlar oynadığımız qonşu oğlanla (qızla) bizi qapalı ortamda qalmağa icazə vermirlər, bağçada müəllimələr, həyətdə-parkda valideynlərimiz gözləri ilə bizi izləyir. Və nəticə etibarilə beynimizə yeridilən bu düşüncə yetişkinlik dövründə cinsi ayrımcılıq etməyimizə səbəb olur.

Bu düzgün anlatım və tərbiyə üsuludurmu? Əlbəttə, xeyr!

Uşaqlara, insana insanlığına, şəxsiyyətinə görə yanaşmağı, onları qadın və kişi olaraq deyil, fərd olaraq qəbul etməyi öyrətməliyik. Bu mövzuda xüsusilə oğlan uşaqlarına diqqət etmək mütləqdir. Gələcəyin kişisi birmənalı şəkildə anlamalıdır ki,

*qadın sadəcə sevişmək üçün yaradımayıb!

*qadın sadəcə sevgili münasibəti üçün gərəkli deyil!

*bir kişinin ən yaxın dostu bir qadın ola bilər.

*bir qadınla sadəcə film izləmək, söhbət etmək, sərgiyə getmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq mümkündür.

*bir kişi qadını evinə dəvət edib yemək bişirə, film izləyə, mahnı ya da elə onun dərdini dinləyə bilər.

* bir qadın səninlə səyahətə çıxa bilər.

*bir qadın səninlə domino oynayar və hətta nərddə uda bilər.

*bir kişi qadına sirrini söyləyə bilər.

*bir qadın səninlə kluba, restorana, hər hansı əyləncə məkanına gedə bilər.

* bir qadın səninlə futboldan danışa bilər.

*bir qadınla yürüyüşə çıxa bilər, sonrasında ona kahvaltı hazırlaya bilərsən.

*bir qadının evinə rahatca gedə bilər, qəhvəsinə qonaq ola bilərsən.

Bir qadınla sadəcə sevişilməz. Bunları etdikdən sonra onunla mütləq sevişməlisən quralı yoxdur. Bir qadınla bütün gözəllikləri, bütün münasibətləri yaşaya bilərsən, bəlkə də həmcinsinlə yaşayacağından daha yaxışısını. Bir qadınla sadəcə sevişilməz, bir qadına sadəcə qadın kimi baxılmaz! O insandır, sənin kimi, eynən mənim kimi, sənin kişi dostun kimi.

Əksi də keçərlidir. Mən qadın olduğum üçün qadınlıq nöqteyi-nəzərindən yanaşmışam. Bir kişi qadın üçün bəzən onun həmcinsindən daha yaxşı dost, sirdaş, dinləyicidir! Bir kişi sadəcə sevgili, ər, partner deyildir!



Aysel Abdullazadə...

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0324 saniye