Qadın sünnəti
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:33 03 yanvar 2016 tarixində əlavə olunmuşdur

Adımın, bölgəmin açıqlanmasını istəmirəm.

Mən “sünnət” olunmuşam. Əsas məqsəd məndə cinsi istəyi öncədən öldürmək idi.

5 yaşım vardı. Anam və bacılarım məni meşəyə aparmışdılar. Məni tamamilə soyundurdular, qollarımı tutdular.

Adətə görə başıma “müsibət” gətirilərkən səsim çıxmamalı, ağlamamalı və çəkdiyim ağrıları hiss etməməli idim. Əks halda ailəm və qəbiləm tərəfindən ömür boyu “qadın” sayılmayacaqdım, işgəncələr görəcəkdim.

Proses bitər-bitməz mövcud ritual icra edildi. Əvvəlcə ritmlə oxudular, sonra məni bir neçə günlüyə meşədə buraxıb getdilər.

Heç bir keyləşdirici olmadan mənim kimi neçə-neçə zavallının nələr çəkdiyini haradan biləsiniz axı? Bütün bunlar dəhşətlidir, insanlıq adına ləkədir. Guya cinsi istəyi artıran yerləri kəsməklə azyaşlıların gələcəkdə bəkarətini qorumasına kömək edirlər.

Ərə verilərkən sünnət olunduğuma görə çox başlıq verildi. Ərim bir həftəlik əziyyətdən sonra istəyinə çatdı. Amma mən həzzdən ömür boyu məhrum oldum.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye