Qadına layiq olmayan biz..
Fərid Nietzsche tərəfindən "Ədəbi tənqid" bolməsinə 00:01 18 iyun 2014 tarixində əlavə olunmuşdur

Bu yazımda qadın hüquqsuzluğu,gender bərabərliyi, qadın diskriminasiyası haqqında qısa danışacağam. Mövzu çox genişdir, kitab yazılır bu haqda, ona görə istəmirəm ki, hər kəsə bəlli olan, “gözə girən” , hər kəs tərəfindən pislənən hüquqsuzluqlardan və ya gender,diskriminasiya kimi terminlərin açılımından bəhs edim. Cəmiyyətdə,dində hələ daşlaşmış fikir kimi qalan,bir çoxları tərəfindən dəstəklənən, normal qəbul edilən “qaydalar”(əslində isə birbaşa qadın hüquqsuzluqları,aşağılamaları) haqqında qısa danışmaq daha məqsədəuyğun olardı. İlk olaraq qadınların insanda hansı təəssürat yaratdığından başlayaq. Məsələn, bir oğlana “qıza bənzəyirsən” desək,bunu özünə təhqir hesab edər və böyük ehtimalla da şiddətlə cavab verər. Nədir bu?! Biz uşaqlarımıza nəyi öyrədirik?! Burada başqa heç bir baxış açısı yoxdur, oğlanın təsəvvürü qadın haqda o qədər aşağıdır ki, özünün qadına bənzədilməsini özünə təhqir hesab edir. Eynilə bizim mentalitetimizə uyğun olaraq, birini təlxəyə bənzətsən bunu özünə təhqir hesab edər(halbuki,bu sadəcə peşədir), çünki mental xüsusiyyəti olaraq, təlxəyə aşağı gözlə baxır. Əks arqument kimi göstərilə bilər ki, oğlan ona yaraşdırılan xüsusiyyətin sırf qadına xüsusiyyəti olduğu üçün yox, kişiyə uyğun olmadığı,onun xüsusiyyəti olmadığı üçün narazılıq edir. Amma bir oğlana hər hansı müsbət xüsusiyyəti, məşhurun müsbət xüsusiyyətini yaraşdırsaq,ona bənzətsək buna normal olaraq etiraz etməyəcək. Çünki bunu deməklə onun yüksək dəyərli olduğunu bildiririk, dediyimiz xüususiyyət o oğlanın fikrincə yüksək dəyərdədir. Əgər qadın barəsində bunun əksi baş verirsə,deməli yanaşma da əksdir. Kişi qadın xüsusiyyətini özünə yaraşdırmır,onu aşağı dəyərli xüsusiyət kimi qəbul edir. Başqa bir tərəfdən, qadın hüquqlarının ən çox pozulduğu yer ailədir. Qadınla bağlı işlədilən sözlərdən ən sevmədiyimi də “qızı almaq”dır. Bizim lüğətə elə yerləşib ki,bu ifadə, hələ bir müddət də çıxması mümkün görünmür. Qadın mal deyil,əşya deyil ki, onu alasınız. Və ya ailələrdə bu tip ifadələr çox tez-tez işlədilir: “İstədiyin qızı göstər,alım sənə” və s. Sanki, qızın fikrinin heç bir önəmi yoxdur, müəyyən yaşa gəldimi mütləq ailə qurmalıdır, istyən gedib “müraciət etməli” və “almalıdır”! “Qızım ailə qurdu” cümləsi ilə “qızımı filankəsə verdik” cümləsi arasında çox fərq var. Bu fərqi yaradan amillər də cəmiyyətin qadın haqqındakı düşüncəsindən qaynaqlanır. Ailə qurduqdan sonra isə çətinliklər iki qat artır. Qadın uşaqlara baxmalı, evin işlərini görməli, yemək bişirməli və s. Və bunları sanki öz borcu imiş kimi etməlidir. Məhəmməd Peyğəmbərin də dediyi kimi, qadınınızın etdikləri onun borcu deyildir, onun sizə hədiyyəsi,lütfüdür. Hələ kənd həyatında yaşayan, mal-qara saxlayan, həm həyət,həm ev,həm də kənd təsərrüfatı işləri ilə məşğul olan qadınlardan danışmıram. Onlar,zatən, insanlıq abidəsidirlər. Bu qədər işin arasında, qadına ictimai mühitə daxil olmağa, cəmiyyətə inteqrasiyasına, müəyyən sahədə çalışmasına maneə olan kişilərimiz də var. Düzdür, hər kəsin özünə görə səbəbləri vardır. Amma istəyən bir yolunu tapar. Sözsüz, sağlam ailə dəyərlərimiz, ana şəfqəti qadınlarımızın bu hüquq pozuntalarını xoşgörü ilə qarşılamasına təsir edən amillərdəndir. Amma bu da bir faktdır ki, məhz o ailə fikirlərimizdən qaynaqlanan bir düçüncə tərzinə görə, qız nə olursa-olsun ailə qurmalıdır. Nə çətinliklər, nə haqsızlıqlar üzləşsə də, buna dözməli, ailəsinin davamlılığını təmin etməlidir. Axı qohum-qonşu var, axı biz əxlaqlı millətik! Hələ də bir çox cəmiyyətlərdə qızlarıx təhsil almaq hüququ yoxdur! Qız təhsil verməklə, onun əxlaqını pozacaqlarını düşünürlər. Yenə əxlaq,yenə mentalitet! “Dindarcığazlarımız” qadının örtülməsinə ayırdığı diqqəti elmə ayırsaydı, indi marsda istirahət edirdik. H.Z.Tağıyevin də dediyi kimi: “Bur kişiyə təhsil versən təhsilli bir insan, qadına təhsil versən təhsilli bir ailə qazanarsan”. Məhz, Tağıyev bunu bilib qızların təhsilinə xüsusi önəm verirdi. Ümumiyyətlə, fikrimcə, eneolit dövründəki “ana xaqanlığının” çöküşündən sonra bu coğrafiyada qadın hər zaman kişidən bir pillə aşağı qəbul edilmişdir. Həm qadın,həm də kişi tərəfindən. Buna İslam mədəniyyəti yayılandan sonra, azğın,barbar ərəb SÜRÜlərinin öz iyrənc adət-ənənələrini yayması da böyük təsir göstərmişdir. İslam dinin kişiyə böyük önəm verməsi və dini qaydaları insanların(xüsusilə kişilərin) öz istədikləri kimi anlamaları əsrlərlə bu acınacaqlı vəziyyəti davam etdirmişdir. 21-ci əsrdə, texnologiyanın, sivilizasiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir dövrdə ərəb şeyxi fətva verir ki, qadın maşın sürə bilməz. Çünki, qadınlar maşın sürərsə, “pis yola düşəcəklər”.  Manqurt! Tarix boyu qadına vuruluan ən iyrənc damğadan yenə öz əməlləri üçün istifadə edirlər. 2012-ci ildə Ərəbistanda qız məktəbində bir yanğın baş verir. Yanğın söndürənlər yanğını söndürmək istəyəndə onlara icazə verilmir. Səbəb kimi isə, sinifdəki qızların İslam üsullarına görə geyinməməsi göstərilir. Və 12 qız diri-diri yanaraq ölür. Hansı məntiqə,hansı vicdana, hansı dinə sığır bu?! Keçən il, İranda 16 yaşlı, Atefah adlı bir qız öz şəhərində,insanların gözü önündə edam edildi ki, hər kəsə ibrət olsun. Səbəb isə, onun təcavüzə uğraması idi! Təcavüzçü isə, canını şallaqla qurtardı.  Bəli, bizim cəmiyyətdə, ümumən bütün şərq sivilizasiyasında günahkar olan qurbandır-qadındır. Dində qadının qapanmasının səbəbi nə göstərilir bəs? Belə izah edilir ki, qadın göz zinasından qorunmaq üçün qapanmalıdır. Cəmiyyətdəki aktual problem timsalında desək, təcavüzə, zorakılığa uğramamaq üçün qapanmalıdır,çünki o zaman kişini cəlb eləməz(üzr istəyirəm bu ifadəmə görə). Necə də haqlı, bərabərhüquqlu məntiqdir! Qadının ziyan çəkməməsi üçün kişilərimizə qadağalar qoymaqdansa, onlara bunun yolverilməz olduğunu aşılamaqdansa, biz qadına özünü qorumasını mər edirik. Sanki, ovçu ceyranı öldürür və günahı onun ətinin dadlı olmasında olur. Hələ utanmadan, ərəblər bəzi reklamlarda baş örtüsü üçün simvol yerləşdirirlər. Bu iki şəkildən ibarətdir. Solda sellofanı açılmamış sorma konfeti, sağda isə sellofanı açılmış sorma konfeti olur. Sağdakının üstünə milçəklər yığışdığı halda,soldakına heç nə toxunmur. Bununla qadına dəyər verdiklərini göstərirlər, barbarlar. Bəs mən soruşuram, şəkildəki o milçəklər nəyin simvoludur?! KİŞİNİN deyil??!! Milçəyə istədiyi haqqı versən, onu dağın başın qaldırsan,əlbət o da hər iyrənc hərəkəti edəcək. Ona maneə olmaqdansa, qurbanı gizlədirsən! Dahi Nizaminin də dediyi kimi: “Qadına baxmaq günahdırsa, o zaman sən gözünü bağla,qadını deyil”… Bunlar hər zaman dini inancları yanlış aşılamaqdan, xurafatdan, mentalitet və əxlaq eşqindən yaranır. Şükrlər olsun ki, bizim ölkədə qadın hüquqları həm dövlət səviyyəsində, həm qanunlarla tam qorunur. Problem mentalitetdədir. Çox danışmaq istəmirəm, düşünürəm ki,  bu qədər yetər. Qadınlar bizim nə malımız, nə də sahiblənməli olduğumuz canlılardır. Onlar bir çox xüsusiyyətinə görə bizdən üstündür. Ümumiyyətlə, qadın və kişini fərdi xüsusiyyətlərinə görə dəyərləndirib,MÜQAYİS ETMƏSƏK ortada aşağı-yuxarı pillə qalmaz. Gender bərabərliyi də məhz bunu nəzərdə tutur. Qadın və kişi bərbabər hüquqludur. Heç biri o birindən üstün deyildir. Məhəmməd Peyğəmbərin də dediyi kimi: ÖVLADLARINIZ ARASINDA FƏRQ QOYMAYIN. ƏGƏR QOYMAQ GƏRƏK OLARSA, MƏN QIZ ÖVLADI ÜSTÜN TUTARDIM”..Nə yaxşı ki, varsınız,qadınlar :) Sonda isə qadın haqqında deyilmiş sözlərdən ən sevdiyim iki ifadəni yazmaq istəyirəm)

Aziz Nesin:

“Bir qadına nə verirsinizsə,verin onu daha böyük bir hala gətirər.. Ona bir ev versəniz, sizə bir yuva verər. Ona tərəvəz versəniz, sizə yemək verər. Ona bir gülümsəmə versəniz, sizə qəlbini verər. Ona bir mahnı oxuyun, sizə konsert verər. Özünə veriləni çoxaldıb geri verər.. Buna görə də, ona palçıq atsanız, qarşılığında bir bataqlıqda boğulmağa hazır olun… :)

Oşo:

“Qəlbinin dərinliyində kişi bilir ki, qadın onda olmayan çox şeyə sahibdi. Ən önəmlisi – qadının cazibəsi var. Qadın zərifdi, həssasdı. Qadın gözəldi. Kişi bu gözəlliyin əsiridi əslində. Amma özünü sındırmır. Sındırmır bir yana var gücü ilə bu gözəlliyi özünə tabe etmək, özününkü etmək istəyir. Çünki bilir ki, bu gözəlliyi görən, anlayan təkcə o deyil. Və bu onu dəli edir… ” :)


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
rustemzade_farid@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0266 saniye