Qadının dəyəri...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:38 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bir söhbət əsnasında adamın biri qadının birindən soruşmuş:
"Necə bir kişi axtarırsınız?"
Qadın bir müddət səssiz qaldıqdan sonra adamın gözlərinin içinə baxaraq soruşmuş:
"Həqiqətən bilmək istəyirsiniz mi?"
Adam bir az könülsüz, "Bəli" demiş.
Və qadın başlamış anlatmağa ...

Bu gün və bu yaşda bir qadın olaraq, bir kişinin onun mənim üçün, mənim özümə edə biləcəyimdən çox nə edə biləcəyini soruşacaq durumdayam.
Öz məsrəflərimi qarşılayıram, bir kişinin, ya da bir başqa qadının yardımına ehtiyac duymadan evimi idarə edirəm. Belə olunca,
"Sən masaya nə qoyursan?" sualını verməliyəm.

Adam qadına baxmış. Puldan söz etdiyini düşünmüş.

Qadın dərhal bu düşüncəni düzəltmiş: "Sözünü etdiyim, pul deyil.
Ondan kənar bir şey istəyirəm. Həyatın hər sahəsində mükəmməlliyi axtaran bir kişiyə ehtiyacim var"

Adam, arxaya söykənib qollarını birləşdirərək qadından bir az daha şərh istəmiş.
Qadın başlamış anlatmağa:

"Özünü zehnən mükəmməlləşdirməyə çalışan birini istəyirəm,
çünki hər mövzuda söhbət edə biləcəyim birini axtarıram. Sadə bir adama ehtiyacım yoxdur.
Ruhən mükəmməlləşməyə çalışan birini axtarıram, çünki balanssız bir birləşməyə ehtiyacım yoxdur.
İnananlarla inanmayanların bir araya gəlməsi fəlakətə gətirib çıxarar.
Bir qadın olaraq yaşadıqlarımı anlayacaq qədər həssas,
yerə sağlam addımlarla basmağımı təmin edəcək qədər güclü bir kişi axtarıram.
Sayğı duya biləcəyim birini axtarıram. Ona boyun əyməyim üçün onu saymağım lazımdır.
Boyun əymək mövzusunda problemim yoxdur... Yetər ki, buna dəyər biri olsun.
Tanrı qadını kişiyə eş və yardımçı olaraq yaratmış. Özünə yardım edə bilməyən adama mən yardım edə bilmərəm."

Qadın ağlından keçənləri belə danışdıqdan sonra adama baxmış.
Adam üzündə təəccüblü bir ifadə ilə pıçıldamış:

"Çox, hədsiz çox şey istəyirsən" - demiş.
"Dəyərim bu qədərdir" - deyə cavablamış qadın...

Bütün dəyərli qadınlara...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0268 saniye