Qadınlar əks cinsdə nələrə diqqət edir?
İslam Qədirli tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:34 17 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Qadınlar qarşı cinsdə fiziki olaraq ilk ayaqqabılara, geyim və saç tərzinə(style), simada isə baxışlara daha çox fikir verir. Əgər əks cins bir neçə saniyə sürən bu süzmə əməliyyatında bir növ sınağı keçdisə qadın beyni artıq digər xüsusiyyətlərin analizinə keçməyə hazırlaşır. Bu çox sürətli işləyən mexanizmin(qadın beyni) ilk anda diqqətini çəkmək üçün bilmək lazımdır ki, qadın(qız) özünün ehtiyacı olan güvən hissini duymaq üçün(bu təhtəlşüurda baş verən bir prosesdir) fiziki bədəni idmançı görünümünə yaxın olan əks cinsi 1-0 öndə tutacaqdır. 2-ci sınağı da keçən qurbanın(kişi və ya oğlan) sözsüz, digər mərhələlərdən də uğurla keçməkdən başqa şansı yoxdur.(çünki qadınlar 6cı hissinə güvənən varlıqlardır və adətən onlarda yaratdığınız təəsüratı dəyişmək çox çətindir.) Qadın bu sınaqlardan keçdiyi barədə qurbana baxışları ilə siqnal verir. Əgər özünü itirməsə, təbii, adətən əks cins də bunu qarşılıqsız qoymur, qoya bilmir. :D Artıq qurbanımızın boynuna növbəti missia düşür-ətir. Bəli, ətir. Bildiyimiz kimi fertil(ürəmənin bitdiyi) dönəmə qədər qadınlarda qoxualma xüsusiyyəti inanılmaz həssasdır və onların bu xüsusiyyəti təkamül dəvam etdikcə biz kişiləri daha baxımlı olmağa vadar etmişdir. Əslində bu da təhtəlşüurdan gələn bir alqıdır, belə ki, ətir qoxusu xanımlar üçün bir növ təmizliyi simvolizə edir. Bəli, imtahan hələ bitməyib, bütün bu xüsusiyyətlərin(və ya geri qalan o 15-20 faizə daxil olan qadınlar üçün digər xüsusiyyətlər) ürəyincə olduğunu görən qadın gözlərini qaçırmaqla bunu daha kəskin biruzə verəcəkdir.(Qadın bir yerə baxırsa orda onu cəlb edən nəsə vardır, qadın bir yerdən gözünü qaçırırsa orda onu maraqlandıran nəsə mütləq vardır.) Xanım əks cinsə boynuna düşən həyati görəvi yerinə yetirməyin vaxtı olduğunu bir növ telepatiya ilə təlqin edər. Bəzi psixoloqlara görə belə situasiyalarda adətən qarşı tərəf özündə gözlənməyən bir cəsarət hiss edər ki, bu həmin telepatic qüvvənin təsiridir. Ağzı dili qorumadısa bəyimiz yaxşı başlamış deməkdir.(çünki qadın kişidə özgüvən axtarar.(Bu normaldır, çünki özünə güvənməyən birinə xanım niyə güvənsin? hə, bir də özgüvən və egonu qarışdırmayın, ego çirkin bir əlamətdir). Və ən əsası, səs tonu. Bəli, hətta səs tonumuza belə diqqət edə biləcək yaradılışlarla qarşı qarşıyayıq. "səsi mənalıdı", "səsi ürəyimin dərinliklərinə girir" və. ifadə və cümlələri hamımız eşitmişik, daha qalın səs tonuna məxsus kişilər(oğlanlar) daha şanslıdırlar. Qadınlar mənəviyyatçıdır. mənəvi dəyərləri kişilərdən qat-qat daha çox qiymətləndirərlər. Belə ki, dünyagörüş, ağıl, fərasət, mədəniyyət sahibi və humanist bir kişi yuxarıda saydığımız bütün bu faktları çox rahatlıqla darmadağın edər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0281 saniye