Qadınlar susmaz, gənc adam, susmuş qadın getmiş qadındır!
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:01 18 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bir qadın səni sevirsə, sənə aiddir.
Mütləq bir şəklin vardır otağının bir yerində... O rəsmi qaldırtma!

Bir qadın səni sevirsə, yatmadan öncə dua edir... sənin adınla başlayan dualar... və bitən sənin adınla. Onu susdurma!

Bir qadın səni sevirsə, sənə zərər verə bilməz... yalnız, gənc adam, qadınların vazkeçdikləri adamlara da yazığı gəlməz, bu da qalsın ağlında.

Bir qadın səni sevirsə, qoxulayaraq öpər,
sevən bir qadın sevgisi qədər sarılarsa sənə, sümüklərin qırılar.
Və bir qadın səni sevirsə, sən nə qədər güclü isən, o qədər güclü hiss edər özünü, onu yanıltma.

İlk zərbədə yerə yıxılma
ilk imtahanda sinifdə qalma!
Və əsla,
amma əsla
araya mutsuzluğu soxma. 
Oradır qadının şah damarı, ümidi...
Kəsildiyi an, vazkeçər qadın.
Sevməkdən
Gözləməkdən
Özləməkdən
Hətta dua etməkdən...
Can hayında, qaçar
tuta bilməzsən.
Artıq o qadını özünün bilməzsən.
Sahib çıxa bilmədiyin qadına hesab da sora bilməzsən.

Qadınları bomba kimi düşün, gənc adam... Yalnış xətti kəsərsənsə, onunla birlikdə sən də partlayarsan.

Bax, gənc adam!
Bu həyatda hər şeyi alarsan, yalnızca, səni sevən qadının qiyməti yoxdur.
Səni hər şeyə rəğmən sevə bilən qadını satın ala bilməzsən.
Pul qabının çəkisi azaldıqca, sevgiləri əksilən sevgililərin olar, uzaq başı...
Falan filan sonra,
bilərsən...
Sən, sən ol, o qadını satma!

Bir qadın səni sevirsə, dava edər
Həm bir azdan boğazına yapışacaq zənn edərsən, həm gözlərindəki qorxunu görərsən.

Qadınlar susmaz, gənc adam, susmuş qadın getmiş qadındır!
Susmuş bir qadın üçün bitmiş adamsan.
Bu, qadınların dəyişməz və dəyişdirilməsi təklif belə oluna bilməyən maddələrindən biridir. 
Qadın olmağın qaydasıdır...

Bir şey daha vardır ki,
quşdur qadın,
Və bir göy üzü vardır hər qadının.
Elə bir havan olmalıdır ki, adamım,
Səndən köçmədiyi üçün onu dondurmamalısan.
Bunu, bir zamanlar səni göy üzü elan etmiş bir qadının, başqa bir göy üzündə qəhqəhəsini duyunca anlayarsan...

Çevirdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+6=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0355 saniye