Qadınların statusu
Лала Агаева tərəfindən "İnşa" bolməsinə 19:51 25 fevral 2016 tarixində əlavə olunmuşdur

Qadınların statusu

İnsanlara həyatları boyunca hər mövzuda lazım olacağı, ehtiyac duya biləcəkləri bütün şeylər,bütün məlumatlar Allah-Təala  Quranda açıqlamışdır. Dünya həyatının gerçək üzü, insanların yaradılış məqsədləri, gözəl bir həyat yaşaya bilmələrinin sirrləri, insan fitrətinə ən uyğun olan əxlaq anlayışı insanlara bildirilmişdir. Allahın bildirdiyi bu gerçəklərə əməl edib, həyatlarını bu istiqamətdə quran insanlar dünyada və axirətdə əsl xoşbəxtliyi əldə etmiş olarlar.

Cahillik cəmiyyətlərində isə insanların həyatlarını istiqamətləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir güc yoxdur. Əksinə arxasından getdikləri qaydaların böyük əksəriyyətinin, nə vaxt, kim tərəfindən və hansı məlumatlara söykənərək qoyulduğu naməlumdur. Bu adı qoyulmayan, amma bütün cahil insanları illər boyu uyğun gəldikləri qaydalar, atalarından qalan bir ənənə olaraq yaşanır. Cahilik insanlarının yaşayış məqsədləri, idealları, dəyər mühakimələri, qısacası cəmiyyət nizamının üzərinə inşa edildiyi bütün təməllər həmişə bu anlayış ilə yaradılar. Cəmiyyətdəki hər fərdin, içərisində olduğu mövqeyə, sahib olduğu ictimai statusa, cinsiyyətinə, inanclarına və həyat tərzinə görə əvvəldən təyin olunmuş bir yeri vardır.

Qadının cəmiyyətdəki yeri, insanların böyük hissəsinin təsiri altında qaldığı bu sabit dünyagörüşləri və dəyər mühakimələri istiqamətində təyin olunmuşdur. Bəzi cəmiyyətlərdə qadının, fizikicəhətdən daha gücsüz olması səbəbiylə, ruhən də onlardan daha zəif bir quruluşa sahib olmaları lazım olduğu şəklində olan bir inanc hakimdir. Qadının şəxsiyyəti, əxlaqi xüsusiyyətləri və qabiliyyətlərinin də, fiziki quruluşuyla mütənasib olaraq daha məhdud olduğuna inanılır. Məsələn cəmiyyətdə "kişi işi" ya da "qadın işi" deyə ayırd edilən mövzular var. Əlbəttə ki, fiziki gücləri və strukturları baxımından qadının edə biləcəkləriylə kişinin edə biləcəyi işlər bir-birindən fərqlidir. Ancaq cahilik cəmiyyətlərindəki bu ayrı-seçkilik, bunun xaricində, qadının ağıl və bacarıq cəhətdən də daha gücsüz görülməsinə söykənən bir fikirdən qaynaqlanmaqdadır.

İndiki vaxtda qadınlar bir çox sahədəki məlumat və bacarıqlarıyla bu fikirin etibarsızlığını ortaya qoymaqdadırlar. Ancaq yenə də, cəmiyyətin bir qismində qadının müəyyən işləri edə bilməyəcəyi, ya da heç olmasa kişinin bu işləri daha ağıllı və daha yaxşı bir şəkildə həllə qovuşduracağı şəklində bir inanc hakimdir.

Qabiliyyətin yanında, bəzi insanlarda şəxsiyyət mövzusunda da qadının kişiyə görə daha zəif bir quruluşa sahib olduğuna dair bir qənaət vardır. Məsələn, kişinin soyuqqanlılıqla qarşıladığı bir hadisə qarşısında, qadının çaxnaşmaya qapılıb idarəsini itirməsi, ya da kişinin iradə istifadə edərək qarşı qoya bildiyi bir çətinlik qarşısında, qadının iradəsiz və gücsüz davranması cahillik cəmiyyətlərində bəzi kəslər tərəfindən adi bir rəftar olaraq qəbul edilir. Və bu qəbul, uşaqlıq illərindən etibarən, verilən təhsil ilə qız uşaqlarına da təsir edilir. Oğlanlarını güclü bir xarakterə uyğun böyüdən ailələr, qız uşaqlarına qarşı belə olmurlar. Hər hansı bir çətinliklə qarşılaşdıqlarında oğlanlarına "kişilər ağlamaz, kişi kimi davran, cəsur ol" deyərkən, uşaqları əks bir rəftar göstərdiyində bu vəziyyəti onlara "qız kimi qorxaqlıq etmə", "qız kimi ağlayırsan", "qız kimi ürkək davranırsan" kimi sözlərlə izah etməyə çalışırlar. Eyni şəkildə qız uşaqlarını tərbiyə edərkən də onlara davamlı olaraq kişilərdən fərqli olduqları, rəftarlarını bu istiqamətdə tənzimləmələri lazım olduğu istiqamətində fikirlər deyirlər.Qadınlara istiqamətli bu səhv dünyagörüşü, tarixin fərqli dövrlərində də müxtəlif şəkillərdə ortaya çıxmışdır. Xüsusilə keçmişdə yaşamış olan, cahillik inanclarını mənimsəmiş cəmiyyətlərdə bu düşüncə son dərəcə səhv tətbiqlərə gətirib çıxarmışdır. Allah Quranda bu cəmiyyətlərdə, insanların qız uşaqlarını dəyərsiz görərək doğular anda, diri-diri torpağa basdırdıqlarını bildirməkdədir:

"Diri-diri torpağa gömülən körpə qızdan; "Axı o, hansı günaha görə öldürüldü?"" (Ət-Təkvir Surəsi, 8-9)

Başqa ayələrdə isə Allah, "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!" (Ən-Nəhl Surəsi, 58-59) sözləriylə, qız uşağı olacağını öyrənən kəslərin üzlərinin hirslə dolduğunu, içərisində olduqları bu vəziyyətdən ötəri ətraflarındakı insanlardan utanıb gizləndiklərini bildirməkdədir. Allah həm də bu insanların qız uşaqlarını "bəzək içində yetişdirilmiş və mübarizəyə açıq olmayan kəslər" olaraq qiymətləndirdiklərinə də diqqət çəkməkdədir:

"Onlardan birinə Rəhmana isnad etdikləri ilə müjdə versən, qəzəbdən boğularaq üzü qapqara qaralar. Onlar bərbəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən qızlarına Allaha övlad isnad edirlər?" (Əz-Zuxruf Surəsi, 17-18)

Allah, İslam əxlaqından xəbərsiz olan bu cəmiyyətlərə göndərdiyi peyğəmbərləri və endirdiyi haqq kitabları ilə, qız uşaqlarına qarşı olan bu dünyagörüşünün səhvini bildirmişdir. Peyğəmbərlərin təbliği və İslam əxlaqının insanlar tərəfindən öyrənilməsiylə birlikdə, qız uşaqlarını bir utanc vəsiləsi olaraq görmə düşüncəsi və cahillik cəmiyyətlərində var olan bu tətbiq ortadan qalxmışdır.

 

Cahillik cəmiyyətlərində isə insanların həyatlarını istiqamətləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir güc yoxdur. Əksinə arxasından getdikləri qaydaların böyük əksəriyyətinin, nə vaxt, kim tərəfindən və hansı məlumatlara söykənərək qoyulduğu naməlumdur. Bu adı qoyulmayan, amma bütün cahil insanları illər boyu uyğun gəldikləri qaydalar, atalarından qalan bir ənənə olaraq yaşanır. Cahilik insanlarının yaşayış məqsədləri, idealları, dəyər mühakimələri, qısacası cəmiyyət nizamının üzərinə inşa edildiyi bütün təməllər həmişə bu anlayış ilə yaradılar. Cəmiyyətdəki hər fərdin, içərisində olduğu mövqeyə, sahib olduğu ictimai statusa, cinsiyyətinə, inanclarına və həyat tərzinə görə əvvəldən təyin olunmuş bir yeri vardır ki,bu yer bütün təbəqələr içərisində qadınlara verilən təbəqə ən aşağı təbəqədir.Hələ qədim dövrlərdən qadınların qul kimi işlədilməsi,ərinə cəza əvəzinə qadınlara omazın işgəncələr verilməsi hamıya məlumdur.Deməli,bunun kökü qədim tarixə çıxır.Yəni,hələ qədim dövrlərdə qızların 10-13 yaşlarında ərə verilməsi və bu yaşdan yuxarı qızların cəmiyyət içərisində “evdə qalmış qız” kimi adlanması qızlara-qadınlara qarşı böyük bir təhqirdir.Bu kimi hallara indi rastlamırıq desək bu vicdansızlığın,bu günahların üstünü örtmüş olarıq.Qədim dövrlərdə icbari təhsil yox idi deyə, bir çox qız valideyni “Təhsil alsa nə olacaq?,Otursun evində,evin işini görsün,bir az böyüyən kimi də evinin xanımı olar.” - deyib qızlarını təhsildən yayındırırdılar və bununla erkən nikahın əsası qoyulmuş olurdu.İndiki dövrdə isə icbari təhsil alan qız uşaqları icbari təhsili hələ başa vurmamış onlar nişanlanır,cehizləri alınır və məktəbi qurtarar qurtarmaz ərə verilir.Və əsas problem burada başlayır,bu cahilliyin ardında bir çox problemlər durur.Bu halda isə qanunlar işə düşür,yəni əslində qanuni yolla olunsa da bu məsələlər,ya hər iki tərəf ya da qızın yaşı kiçik olduğu üçün qızın valideynləri qeyri-qanuni yola üz tutur və onlar bir bədbəxtçiliyin əsasının qoyurlar.

İcbari təshil almayan qız uşaqlarının başı bu məsələlərdə daha çox ağrıyır.Belə ki,bu qızların evləndikləri adama heç bir söz demək itiyarları olmur.Çünki,bədbəxtçilikdən atalar qızlarını Ü.Hacıbəyovun “O olmasın,bu olsun” musiqili komediyasındakı kimi öz yaşlarında,hətta bəzən özlərindən bir neçə yaş qoca ama zəngin,varlı,məşhur,yaşadıqları yerdə,yaşadıqları ərazidə (çoxu zaman kəndlərdə,şəhərin mərkəzindən uzaq yerlərdə) adı-sanı olan biriylə evləndiririlər.Belə olan halda halarının,hüquqlarını tələb edən qız işgəncəyə məruz qalır,üzləri gözləri göyərənə qədər döyülür.Bu zaman atalar qızlarına qarşı yenə daha bir haqsızlıq edirlər.Qızları bu işgənələrdən sonra qızları haqlı olduğu halda onlara “Günah səndə olub.Qələt eləyirsən sən kimsən ki,ərinə söz qaytarırsan.Tərbiyəsizlik eləmə,otur ərinin evində,ordan sənin ancaq meyitin çıxar.” - deyirlər,amma xəbərləri yoxdur ki, ən böyük tərbiyəsizliyi elə onlar özü edir.

Bundan sonra isə digər problemlər başlayır,uşaq doğulduqda ya uşağa “Doğum haqqında şəhadətnamə”nin verilməsində çətinliklər yaranır,ya da heç verilmir və qeyri-qanuni yolla uşaq dünyaya gəlir ki,bunarındanda hamısının səbəbi cahillikdir.Qızların təshil yayındırılıb evləndirilməsi erkən nikaha səbəb olur.İndiki dövrdə bunun qarşısının alınması məqsədilə bir sıra tədbirlər görülür.

Erkən nikah deyiləndə nə nəzərdə tutulut:Bizim toxunacağımız problem erkən nikahdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.Nikahda iki tərəf  - kişi və qadın iştirak etsə də, “erkən nikah” dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Bu, əlbəttə, təsadüfi deyil. “Hərbi xidmət haqqında” qanunda son çağırış yaşının 26-dan 35-ə qadırılması və hərbidən möhlət üçün iki uşaq sayının üçə çatdırılması sırf əsgər olmamaq üçün erkən nikaha can atan fürsətcillərin əl-qolunu bağladı.

Erkən nikah problemi - o, hardan yarandı və məğlubedilməzdimi? 
             Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Bu isə o deməkdir ki, bizim ölkədə 16-17 yaşlıların ailə qurmaq hüququnu qanun tanıyır.

Uşağın nişanlanması və nikahı

Maraqlı burasıdır ki, həmin Ailə Məcəlləsi 18 yaşına çatmayan şəxsləri uşaq hesab edir. Bu, həmçinin “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Yəqin, biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq, nəinki onların, hətta valideynlərinin də ciddi qınağına tuş gələrik. Söz oyunu kimi görsənsə də, məcəllədəki iki maddənin tutuşdurmasından çıxan nəticə ortadadır: Azərbaycanda uşaqların (yetkinlik yaşına çatmayanların) ailə qurmasına qanun icazə verir. Bu isə öz növbəsində tərəfdaş çıxdığımız beynəlxalq qanunvericiliklə ölkə qanunları arasında ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır. Belə ki, qeyd-şərtsiz şəkildə ratifikasiya etdiyimiz “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın 16.2-ci maddəsində “Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil...” müddəası əks olunub. Nikah yaşının aşağılığı, özəlliklə kişi və qadınlar üçün onun fərqli olmasını zaman-zaman beynəlxalq təşkilatlar insan hüquqları baxımından mənfi qiymətləndiriblər.Etiraf etmək gərəkdir ki, Azərbaycan parlamentinin 2010-cu ildəki sessiyalarında bəzi deputatlar, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə dəfə qadınların nikah yaşlarının artırılması ilə bağlı təkliflərlə çıxış ediblər. Bu təkliflər, elə təklif kimi də qalıb, hələ bu istiqamətdə dəyişiklik yoxdur.

16 yaşınadək qızlar heç bir hüquqi zəmanət olmadan nikah qurur, çünki onların nikahı rəsmi qaydada deyil, dini qaydada qeydiyyata alınır. Bundan başqa, həmin qızlar sağlam ailənin qurulmasına töhfə vermək üçün müvafiq bacarıq və biliklərə malik deyillər və onların fiziki inkişafı da buna imkan vermir. Bundan başqa erkən hamiləlilik azyaşlı qızların sağlamlığına bir sıra fəsadlar törədir. Bəzən erkən nikaha girənlər sonradan peşman olur. Və boşanmalara gətirib çıxarır. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu gün Azərbaycan qadınlarının mülkiyyət hüququnun pozulması əsas problem olaraq qalır. Erkən yaşda ərə verilən qızların rəsmi  nikahı olmadığına görə, molla kəbini ilə ərə verilirlər. O molla kəbini də heç bir hüquqi məsuliyyət daşımır.Psixoloqlar  erkən nikahların psixoloji  fəsadlar törədəcəyini bildirirlər. Erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasına real problemdir. Çünki onun özü hələ uşaqdır.Bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini vurğulayan  psixoloqlar sırf psixoloji cəhətdən ailə qurmaq üçün 30 yaş və bir az çox optimal sayılır. Amma həkimlər isə o zaman fizioloji baxımdan problemlər ortaya çıxdığını bildirirlər. Bütün amilləri nəzərə alınaraq, 19-25 yaşa qədər optimal hədd sayılır.

Bu sadaladığımız problemləri aradan qaldırmaq,heç olmazsa bu problemləri minimum endirmək  üçün xüsusilə də kənd yerlərində maarifləndirici tədbirlərini görülməsi,maarifləndirmə dərnəklərinin açılması və qadınlara öz hüquq və azadlıqlarının öyrədilməsi vacibdir.Erkən nikahın qanun pozuntusu olduğunu isə təkcə qadınlara deyil həm də kişilərə bu problemlərin səbəbkarları olan kişilərə aşılanmalıdır.

Bu məqsədlə kütləvi informasiya vasitələrində (qəzetlərdə,televizorlarda,dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formalarında) bu problemin yaranması,qanunla qadağan olunması,bu problemdən yaranan problemlər haqqında maarifləndirici məlumatların təbliğ olunması,insanların icitimai toplaşdığı yerlərdə bunun haqqında broşürlərin paylanması,bu problem haqqında qısa reklam çarxlarının,video-çarxların çəkilib nümayiş etdiriliməsi də bu problemin bir çıxış yolu ola bilər.

Ağayeva Lalə

                                                                     


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

Лала Агаева
Haqqında
Агаева Лала
Əlaqə
E-mail:
baku.azerbaijan1@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0315 saniye