Qafqaz Dağlarında əsrarəngiz göl
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 17:36 07 avqust 2014 tarixində əlavə olunmuşdur

Qafqaz Dağlarının Rusiya Federasiyası ərazisində yerləşən hissəsində Mavi Göl adlandırılan bir göl var. Əsrarəngiz görünüşü ilə insanı heyrətə gətirən göl ilk dəfə fotokameraların yaddaşına həkk edilib. “National Geographic” fotoqrafı Viktor Lyaquşkin və onun komandası gölün dərinliklərinə eniblər. Onlar möhtəşəm kadrlarla sudan çıxıblar.

Mavi Gölün 245 metr dərinlikdə olduğu ehtimal edilir. Lakin, hələ də, gölü qidalandıran su mənbəyi aşkara çıxarılmayıb. Buna görə də, gölün daha da dərin olduğu ehtimal olunur. Gölün sahiblik etdiyi gözəlliklər tam olaraq mənimsənilməyib. Belə ki, gölü tamamilə tədqiq etmək və onun bütün gözəlliklərini görə bilmək üçün xüsusi təchizata ehtiyac duyulur.

Gölün suyunun bu qədər şəffaf olmağına səbəb isə yüksək dozada hidrogen sulfitin mövcudluğudur.

Həmin göldən möhtəşəm fotolar:


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0352 saniye