Qafqaz soyadlarının anlamı
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:17 07 dekabr 2015 tarixində əlavə olunmuşdur

Həm coğrafi baxımdan, həm də görünüş baxımından Qafqaz ölkələri bir-birinə çox yaxındır.

Bu gün maraqlı mövzuya toxunuruq: Qafqaz soyadlarının anlamlarını və yaranma səbəblərini araşdıracağıq.

1. Azərbaycan soyadları
Müasir Azərbaycan soyadlarının yaranması XX əsrin əvvəllərinə, daha dəqiq desək, sovet hakimiyyətinin qurulduğu ilk illərə təsadüf edir. Hələ XIX əsrdə azərbaycanlıların antroponimik modeli əsas adlardan və ata adlarından ibarət idi. Kişilərdə ata adına “oğlu” və ya “zadə” (oğlu) əlavə olunurdu. Məsələn: İbrahim Səttar oğlu, Ziya Nəcəfzadə və s. Qadınlarda isə “qızı” əlavə olunurdu. Məsələn: Reyhan Qurban qızı və s.

Bu cür soyadlar, əsasən, xüsusi imtiyazlara malik olan sinfin nümayəndələrinə şamil edilirdi. Elə sovet Azərbaycanı yaradılarkən də bu adamlara ilk olaraq soyadları verilmişdir. Sadə adamlarda isə hələ uzun müddət ikitərkibli antroponimik model saxlanılmışdır. Belə ki, sadə adamlarda fərqləndirmək və tanıtmaq üçün ada ləqəblər qoyulması modeli mövcud idi. Məsələn: Keçəl Məmməd, Çolaq Əhməd, Uzun Qasım və s...

İlk azərbaycanlı soyadları ata, baba adlarından ibarət olurdu və bu adlara yalnız “oğlu” və ya “qızı” sözləri əlavə olunurdu. Belə adlara indi də rast gəlinir. Məsələn: Əliağa Səlimzadə və ya Cəfəroğlu, Səfəroğlu, Ramazanzadə və s... Amma sovet hakimiyyətinin ilk illərində Azərbaycanda “ruslaşmış soyadlar” variantından istifadə olunmağa başlandı. Misal olaraq: Səmədov, Qasımov, Mansurov, Vəzirov və s...

Baxmayaraq ki, əksəriyyət azərbaycanlı soyadları patronimlərdən ibarətdir, bəzi hallarda peşələrlə bağlı olan soyadlara da rast gəlinir. Məsələn: Vəkilov, Həkimov və s... Bəzi hallarda isə soyadlarda “xan” və “bəy” sözləri də əlavə olunur. Bu da soyadı daşıyanın yüksək statuslu nəsildən olduğunu bildirir. Buna Talışxanov, Qubaxanov, Şəkixanov və s. soyadarı misal göstərmək olar. Bakıxanov soyadı da bu soyadı daşıyanın Bakı xanı nəslindən olduğunu biruzə verir.

Azərbaycanlı soyadları ölkədən kənarda da geniş yayılmışdır. Belə ki, Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşların Qeydiyyat Reestri Agentliyinin verdiyi rəsmi məlumatlara əsasən, Gürcüstanda yaşayan azərbaycanlı soyadlarından ən çox yayılanı Məmmədov (25.968 nəfər) və Əliyev (17.605 nəfər) soyadlarıdır.

2013-cü ilin mart ayından Azərbaycan Ədliyyə Nazirliyinin qərarı ilə azərbaycanlı soyadları öz kökünə qaytarılmışdır. Belə ki, soyadlara “zadə”, “oğlu” və “qızı” sonluqlarının əlavə olunması rəsmiləşdirilmişdir. Burada da, əsas məqsəd ərəb, fars və türk köklü soyadların sonluqlarının rus soyadı sonluqları olan “ov”, “yev”dən fərqləndiyini göstərməkdir.


2. Gürcü soyadları
Gürcü soyadlarının mənşəyini etnoqraflar VII-VIII əsrlərə aid edirlər. Bu soyadların bəziləri yaşayış yerinə uyğun, peşələrə uyğun, ata adlarına və hərbi rütbələrə uyğun olaraq qoyulurdu. Məsələn: Amilaxvari və ya Eristavi və s.

Gürcü soyadlarının strukturu digər soyadlar kimidir. Yəni – Kök+ şəkilçi. Amma gürcü soyadlarındakı sonluq şəkilçisi, o adamın hansı regiondan və hansı etnik qrupdan olduğu müəyyən etməyə imkar verir. Məsələn: meqrellərdə soyadlar əsasən, “ua” ( Todua, Qoqua) və ya “iya” (Qamsaxurdiya, Beriya), lazlarda isə “şi” (Xalvaşi, Tuquşi) sonluq şəkilçiləri ilə bitir.

Linqvistlər sonluq şəkilçilərini 13 növə ayırırlar. Gürcüstanın bəzi vilayətlərində əsasən də, İmereti, Quriya, Acariya, Leçxumidə soyadlar daha çox “dze” (yəni-“oğlu”) (Qonqadze, Dumbadze) şəkilçisi ilə sonuclanır. Verilən rəsmi məlumatlara görə (1997), “dze” sonluqlu soyad daşıyanlar Gürcüstanda 1.649.222 nəfər təşkil edir.

Digər bir soyad sonluğu “şvili”-dir. Bu sonluq “ uşaq”, “körpə” mənasını daşıyır. Daha dəqiq desək, “törəmə” mənasını daşıyır. Bu cür sonluqlu soyadlar, rəsmi məlumatlara əsasən (1997), Gürcüstanda 1.303.723 nəfər təşkil edir. Bu cür soyadlar Kaxetiya və Kartli vilayətlərində daha çox yayılmışdır (Cuqaşvili, Kululaşvili, Elerdaşvili) ...

Gürcü soyadlarında “iani” sonluğu da populyardır. Bu “svan” soyadı sonluğudur (Dadeşkeliani, Dadianı,Gelivani). Soyad daha çox qərbi Gürcüstanda yayılmışdır. Bu cür soyadlar tanınmış nəsillər, əsasən də knyazlara aid olurdu.

Gürcü soyadları müxtəlif mənşəlidir. Bəzilər dini mənşəli (Nikoladze, Qeorqadze), bəziləri ərəb (müsəlman) mənşəli (Calaqoniya, “cəlal” sözündən), bəziləri adi isimlər (Qoniqadze, “qoni”- “ağıl”, “düşüncə” mənasında), bəziləri isə heyvan adları (Lominadze, “lomi”-“aslan” mənasında, Cuqaşvili, “cuq” – “qoyun sürüsü” mənasında) mənşəlidir.


3. Erməni soyadları
Erməni soyadları digərlərinə nisbətən yenidir. Rəsmi olaraq XIX əsrdən əhalinin siyahıya alınması və sənədləşdirmə işlərilə bağlı qeydiyyata alınmağa başlanmışdır. Amma zadəgan ailələrində soyad orta əsrlərdə də mövcud idi – Mamikonyan, Amatuni, Rştuni. Ənənəyə görə, tanınmış soyadların əvvəlinə “azq”(“nəsil”) və ya “tun” (“ev”) sözləri əlavə olunurdu. Məsələn: “Azq Mamikoyan” və ya “Tun Arçruni”....

Soyadların yaranmasına qədər, siravi əhali arasında adamları bir-birindən ayırmaq üçün onların adlarına ata və ya baba adları əlavə edilirdi. Hətta, iki eyni adlı adamları bir-birindən ayırmaq üçün də ata və ya baba adlarından istifadə edilirdi. Məsələn: Ayk Arnonun nəvəsi, Ayk Qarnikin nəvəsi. Çox vaxt adamlara xarakterik ləqəblər verirdilər: “Çolaq Amayak” və ya “Anait” – “12 uşaqlı ana” adlandırırdılar. Soyadların yaranmasına əsas səbəb cəmiyyətin inkişafı və miqrasiyanın güclənməsi olmuşdur.

Erməni soyadlarının əksəriyyəti köklə bağlı olan adlardır. Bu adlara “eanç” sonluq şəkilçiləri artırılmaqla soyad edirmişlər. Bu şəkilçi transformasiya olunaraq, -“enç” olub. Müasir erməni dilində “enç” dəyişərək, “yanç”, daha sonra sondakı “ç” hərfi də ixtisar olunmuş və “yan” fonetik formasını almışdır.

Kiminsə hər hansı bir kökə-nəslə bağlılığını bildirmək üçün “yan” şəkilçisindən istifadə olunurdu. Məsələn: Davidenç, indi bu soyad Davidyan kimi səslənir. Şəkilçinin sonundakı “ç” hərfi heç də bütün erməni soyadlarında ixtisara salınmayıb. XIX əsrdə Rusiyaya köç edən bəzi ermənilər soyadlarındakı “ç” sonluğunu saxlamışlar. Ermənistanın özündə də bəzi dağ rayonlarında “ç” sonluqlu soyadlar qalmaqdadır. Məsələn: Adonç, Kalvarenç.

Erməni soyadlarının ən çox yayılanı sənət və peşə ilə bağlı olan soyadlardır. Məsələn: Açtuxyan- (“çörəkçi”), Voskerçyan (“zərgər”), Ekimyan (“loğman” (bu əslində “həkim” ərəb sözündəndir), Kartaşyan (“daşyonan”). Bəzi soyadlar isə adamlara görkəminə xarakterik olaraq verilirdi. Məsələn: Çaxatyan(“tülkü”), Karçikyan(“karlik”-“balaca”) və s.

Qərbi Ermənistanda yaşayan əhalinin daşıdığı soyadlar özünəməxsusluğu ilə digər erməni soyadlarından seçilir. Bu soyadların əksəriyyəti türk sözlərindən düzəldilmişdir. Bu da, bu ərazilərin uzun müddət Osmanlı imperiyasının tərkibində olmasından irəli gəlib. Məsələn: Dəmirçiyan soyadı - türk sözü olan “dəmirçi”, Bardakçyan soyadı - türk özü olan “bardakçı” sözündən yaranmışdır.

Etnoqraf Levon Abramyanın fikrincə, türk dilində sənətlər “çi”, “çı” şəkilçiləri ilə qurtarır; bardaqçı, dəmirçi, balıqçı, əkməkçi və s... Ermənilərdə də “ç” hərfi sənətlə bağlı soyadlarda işlədilir. Məsələn: Bardakçyan, Dəmirçyan...

Bəzi erməni soyadlarında “məlik” və “ter” sözönlüyü xüsusi maraq kəsb edir. “Məlik” soyad önlüyü xüsusi statuslu adamların soyadlarının qarşısına (Melik-Akopyan), “ter” soyad önlüyü isə ruhanilərin, din xadimlərinin soyadlarının qarşısına əlavə edilirdi (Ter-Petrosyan). “Ter” sözü ermənicə “ata”, “hökmdar” mənasındadır...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0269 saniye