Qalandı...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:15 26 noyabr 2015 tarixində əlavə olunmuşdur

*Qalandı*

Düzü əyridən də əyri,
Düz elə düzdə qalandı.
Düzü əyməyə dəyərmi?
Düz elə düz də qalandı.
***
Sözü söyləmə yalandan,
Söz elə sözdə qalandı.
Sözü soruş söz salandan
Söz elə söz də qalandı.
***
Gözü görməyə alışsa,
Göz elə gözdə qalandı.
Gözü nəfsilə barışsa,
Göz elə göz də qalandı.
***
Bizi bizdən də gizlədi,
Biz elə bizdə qalandı.
Bizi biz ilə bizlədi,
Biz elə biz də qalandı.
****
Közü köz ilə alışdır,
Köz elə közdə qalandır.
közü kül ilə qarışdır,
Köz elə köz də qalandır.

17.04.2014.Zərdabi.Mövlud Ağamməd.      


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.023 saniye