Məni həsrət ilə çox gəzəçəksən,
Tənhalıq əlindən lap bezəçəksən,
Baxıb yollarımı gözləyəcəksən.
Gedəcəm ömründən durnalar kimi.
Sevən görən kimi düşəcəm yada,
Rast gələcəksən,mən adlı ada,
Deyəsən günahım nəydi dünyada,
Olmuşam intizar qalanlar kimi.
Duman olacağam,çən olacagam,
Səndən yan dolanıb,gen olacağam,
Elə mən əvvəlki,mən olacağam,
Kənardan yadlar tək,olanlar kimi.