DODAQDƏYMƏZ TƏCNİS
Qalasan
Könül,sən ki, aşiq oldun dünyada,
İllər uzun dərdə düçar qalasan.
Həsrətindən dönər olsan ocağa,
Yanar ,şölən işıq saçar qalasan.
***
Sən doğuldun,gələr oldun dünyaya,
Sorağını istədilər dün yaya,
Nələr etdi sənə,cahan,dünya ya?
İstəsən gər tik özünə qala san.
***
Çox nədir ki,qail olgil sən aza,
Qədərini nə istəsə O yaza.
Yol uzundu ya itirə,ya aza
Gedər olduq,aşiqinlə qal a san.
"m"dodaq samiti olduğu üçün möhür bənddə təxəllüsümü yazmadım....
18.09.2014.Zərdabi.Mövlud Ağamməd.