Qaldım neçə il yurdum üçün qəlbi nigaran...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:01 20 noyabr 2016 tarixində əlavə olunmuşdur

Qaldım neçə il yurdum üçün qəlbi nigaran... 
Çəkdim dəli-divanə kimi qüsseyi-hicran.
***
Qaçqın oluban düşdüm elimdən mən irağa,
Yurd həsrəti çəkdim gecə-gündüz səd həzaran.
***
Bildim,deyəcəklər ki,mənə tərki-vətəndir,
Tikdim özümə xanə ki,ol külbeyi-əhzan.
***
Gəl söyləməsinlər mənə aciz,bifərasət,
Çün bülbüli şeydadı adım,yurdu gülüstan.
***
Mövlud,elə tərk ahu-fəğan,naleyi-zarı,
Əlbət,Qarabağım olacaq rövzeyi-rizvan.

15.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0227 saniye