(Mürəbbe)
Qaldım neçə il yurduma həsrət vətənimdə,
Oldum ürəyim qan ilə möhnət vətənimdə.
Hökm eylədi kafir və müxənnət vətənimdə,
Çəkdim necə dərd,həm də ki,zillət vətənimdə.
***
"Torpaq-uğurunda gər ölən varsa,vətəndir",
Verdik canımız qurban ona,can ilə təndir.
Olsun üzünüz şad,qara bayraqları endir,
Tapsın yenə bərqərar ədalət vətənimdə.
***
Dərbənd,İrəvan,Təbriz olub dağ,bilirəm mən
Bəxtin qaradır, doğma Qarabağ,bilirəm mən.
Birlikdi əlac dərdimə ancaq, bilirəm mən,
Çox çəkməyəcək bunca rəzalət vətənimdə.
****
Düşmən nə qədər olsa da,düşməndir,amansız,
Yurdsuz-yuvasız tayfasınız,həm də imansız.
Başdan-binadan məkr ilə yoğrulan yalansız,
Yer yoxdu sizin kimlərə,əlbət,vətənimdə.
****
Qan tökdüyümüz bil ki,firavanlıq üçündür,
Can verdiyimiz torpağa qurbanlıq üçündür.
Mövlud,bu qədər göz yaşı şadyanlıq üçündür,
Hər vaxt ucalansın da şərafət vətənimdə.
16.08.2014.Zərdabi.Mövlud Ağamməd.