QALMIŞAM QƏLBİMİ QIRDIĞIN YERDƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:42 30 aprel 2022 tarixində əlavə olunmuşdur

QALMIŞAM QƏLBİMİ QIRDIĞIN YERDƏ

 

 

Nə günüm bir gündür, nə gecəm gecə.

Yanımdan adlayıb keçdin gizlicə.

Qoymadın vaxtında qoşulam köcə,

Qalmışam qəlbimi qırdığın yerdə.

 

Sənə asan gəlir bəlkə də dərdim,

Bir vaxtlar gözündə ocaqdım, pirdim.

Kaş, səni bircə yol məyus görəydim,

Hardasa boynunu burduğun yerdə.

 

Daha zəhər dadır sənsiz çöl-bayır,

Küləklər naləmi hər yana yayır.

İndi gecə-gündüz bayquş ulayır,

Mənim ümidimi qırdığın yerdə.

 

Bəlkə də xoş keçir illərin sənin,

Görən solmayıb ki, güllərin sənin?

Niyə qurumadı əllərin sənin,

Seymuru köksündən vurduğun yerdə.

 

07.04.2022 SEYMUR SÖNMƏZ


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+21=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye