Qalxdı bütün qiymətlər ceyran belinə, neyləyək
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:35 22 yanvar 2016 tarixində əlavə olunmuşdur

Qalxdı bütün qiymətlər ceyran belinə,neyləyək.
Döndü axan göz yaşı leysan selinə,neyləyək.
***
Çıxdı kasıb bazarlığa əldə zənbil,bir az pul,
Hamı baxıb güldü onun zənbilinə,neyləyək.
****
Bir də gördün bir yekəpər,qarnı filan filankəs
Qarpız alıb iki dənə bir əlinə,neyləyək.
***
İşdə qoçaq,dildə pərgar mənim kimi kimsənin
Çətin ki,iş tapmağın sirri bilinə,neyləyək.
***
Dümdüz olub dəvələrin boynu kimi yalanlar,
Aldanırıq hiyləgərin fənd-felinə,neyləyək.
***
Kasıb-küsub axşamacan işləməkdən yorulub,
Bircə tikə çörək də vurmur dilinə,neyləyək.
***
İldə bir il gəlir üstə torpağın işğalının,
Göz yumuruq erməninin əməlinə,neyləyək.
***
Şuşa,Laçın,Kəlbəcərim yağı düşmən əlində,
Qaçqın olan nə vaxt dönər öz elinə,neyləyək.

***
Öz-özümə sual verdim,Mövlud,sənin nəyin var?
Bəlkə ürəyindəki dərdlər silinə ,neyləyək.

18.05.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0324 saniye