Qan (1. bölüm )
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 01:58 01 aprel 2015 tarixində əlavə olunmuşdur

Budilnikin hiddətlə sirkələnən zəngi Turalı yuxudan oyatdı. Gözlərini ovuşdurdu , saat 11:14 idi. Ayağa durub pərdəni çəkdi. 11 ci mərtəbədən Bakıda heçnə görsənmirdi. İlk dəfə idi bakıda bu qədər duman vardı. 1 metrdən o tərəfə heçnə görsənmirdi. Hava durmuşdu. Küçədə maşın səsləri belə gəlmirdi. Tural televizoru yandırıb özünə qəhvə süzdü. Lakin Tvlər heçnə göstərmirdi. Bir-bir bütün kanalları çevirdi ama heç birində siqnal yox idi. Yuxulu-yuxulu dünən partidən birlikdə gələn dostlarını oyatmaga getdi. Xətai , Togrul , Murad , Rauf və Əli otaqda dagınıq yatırdılar. Qışqıraraq hamısın oyatdı. Bir təhər oyanan dostlar masa arxasında oturdular. Tvyə nə oldugunu bilmədilər yəqinki şəbəkədə problem var deyə düşündülər. Bu vaxt Elmar gəldi. Marketə getdiyini ama küçədə 1 nəfər belə görmədyiini , marketin də açıq ama içində heç kim olmadııgnı dedi. Təəccüblənən uşaqlar çölə çıxdılar. Şəhərin mərkəzində yaşayırdılar və elə burdan yan küçəyə Nizami küçəsinə qədər 1 nəfərdə olsun görmədilər. Təəccüblər gedərək artır , yerini qorxu hissinə verirdi. Nə olub ? Niyə heç kəs yoxdu ? sualı onları qorxudurdu. Mcdonaldsın önündə idilər ama 1 nəfər belə yox idi. Yollarda isə dayanan maşınlar , atılmış əşyalar vardı. Qan ləkələri işi daha da qorxulu hala çevirirdi. Yuxuda olduglarını zənn etməyə başlamışdılar. Ya da bir qorxu filmində. Elə bu vaxt KFC tərəfdən 2 nəfərin axsayaraq onlara yaxınlaşdııgnı gördülər. Nəhayət ki adam görmüşdülər. Qorxu hissi yatmaga başladı və sevindilər. Onlar da qaçaraq yaxınlaşmaga başladı. Ama bir qəribəlik vardı. Adamlar axsayır agızlarından qan axırdı. Qorxu hissi yenidən artmaga başladı. Xırıltı səsi çıxaran bu 2 nəfər getdikcə yaxınlaşdı və bu zaman Xətai nə qədər danışsada onlardan səs gəlmirdi. Geri çəkilməyə başladılar lakin artıq çatmışdılar və biri Turalı yerə sərdi. Sanki dişləməyə çalışırdı. Bu zaman atılan güllə səsi ortalığa yayıldı. Turalın üstündəki adam düşdü. Digər bir güllə ilə ayaq üstdəki adamda yerə sərildi. Qorxaraq ətrafa baxan uşaqlar uzaqdan 3 oglan və 2 qızın onlara yaxınlaşdıgını gördülər.

- Salam 
+ salam
- Belə üstlərinə getməyə necə cəsarətləndiniz , təhlükəlidi uzaqdan vurun
+ Nə ?
- uzaqdan vurun deyirəm
+ Necə yəni ? adamları niyə vuraq ?
- ahaha nə adam ? 
+ Başa düşmürəm.
- Onlar adam deyil zombidi , dogurdan xəbəriniz yoxdu ?
+ Yox nə ? zzzzzzzzz......zombi ?
- Hə 
+ Xətai biz yuxudayıq hə ? oyat məni
- Bizim dəstəyə qoşula bilərsiz ləngitməyəəcksizsə. Bu Rafiq və Samildir , onlar isə Aygünlə Samirə. Mənim adımda Sərxandı
+ Bunlar da Xətai , Togrul , Murad , Əli , Rauf və Elmardi. Məndə Turalam. 
- Yaxşı Tural gedək sizə danışaram deyəsən dogurdan xəbəriniz yoxdu.
******************************************

3 gün əvvəl :

Ermənistanın Metsamor şəhərində olan Atom Elektrik stansiyasının zirzəmisində təcrübələr aparılırdı. Bu tərcübələrdə AES dən çıxan zəhərli qazları siçanlar üzərində təcrübə edirdilər. Təcrübə edilən siçanlardan biri kiçik deşikdən saxlanılan otaqdan çıxmışdı. Siçanın AES tualetində bir işcini dişləməsi ilə bu virus yayıldı. Vorus digər işciləri , 10 dəqiqə ərzində bütün AESi , yarım saat ərzində şəhəri , 5 saat ərzində bütün ölkəni əlinə aldı. Digər qonşu ölkələrə keçməyə başladı. Azərbaycan səngərində çoxlu erməni toplusu gəldiyini görən əsgərlərimiz nə edəcəyini bilmədi. Silahsız olan insanların təslim olmaqçün keçdiyini sanan əsgərlər onların yanına gedirdilər. Lakin nə oldugunu bilmədikləri üçün əsgərlər də dişlənildi. Və 1 gün ərzində virus Ermənistan , Azərbaycan , Gürcüstan , Türkiyənin yarısı , İranın yarısı və Rusiyanın 1/3 nü əlinə aldı. Filmlərdən hadisədən xəbərdar olanlar həyəcan siqnalı verdilər və sag qalanlar qorunmaga başladı. 
AESdə virus yayılan gecə barda partidə əylənən dostlar isə içkilərinə qatdıgları agır doz nəşəyə görə 3 gün yatmışdılar. Və olan hər şeydən xəbərsiz idilər. Bu 3 gün ərzində bütün avropa , asiya , afrikanın şimalı , avstraliyanın şimalı və Amerikanın şərq sahilləri virusa yoluxmuşdu. 6 milyarda yaxın insan ölmüşdü və artıq dünya 6 milyard zombi ilə qarşı qarşıyaydı.

 

( Ardı 2 ci bölümdə ) 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0241 saniye