Qan (2.bölüm)
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 01:59 01 aprel 2015 tarixində əlavə olunmuşdur

Tural və dostlarına bütün hekayəni danışdılar. Hamısı şokda idi. İnana bilmiridlər. Çünki belə şeylər filmlərdə olur. Tural zombini ancaq popkorn alıb qızla getdiyi kinoteatrda görmüşdü. Nə deyəcəklərini , nə edəcəklərini bilmirdilər. Susub oturmuşdular. Sərxanın səsi bu sükutu pozdu

- Uşaqlar biz Qubaya gedirik. Dostlarımız ordadı. Onlarla görüşəcəyik tapmalıyıq. Telefon yoxdu bilirsiz bir ev var orda olmaldılar. Sizə hər şeyi danışdım. Gəlmək istəyirsizsə gəlin. İstəmirsizsə polis bölməsindən silah götürün. Vəziyyət ciddidi.

Tural nə deyəcəyini bilmirdi. Uşaqlarla bir birlərinə baxdılar. Sonra qərar gəldilər ki getməsinlər. Və burada bu 2 dəstənin yolları ayrıldı. Sərxangil Qubaya dogru yola düşdülər. Turalgil isə Dağüstü parkın ən uca nöqtəsinə çıxıb bütün şəhərə baxdılar. Bakı..... Artıq boş idi. Araya çökən ciddiliyi Xətai pozdu

- Uşaqlar sizi bilmirəm ama mənim qəşəng planlarım var. Bütün Bakı bizə qalıb təsəvvür edin bir istədiyimiz hər şeyi edə bilərik.

Bu cümlə bütün ciddiyəti pozdu və hamsı güldü. lk əvvəl supermarketə girib yemək götürdülər. Sonra maşın salonundan 4 maşın götürdülər və şəhərin ən yaxşı barına getdilər. Gecəyə kimi içdikdən sonra Flame Toverə getdilər. Ən yaxşı otaqlara girib gecələri rəngli olan bu şəhərin qara qanlı simasını izlədilər.

Səhər Elmar hamını təcili oyadıb otagına gətirdi. Yuxulu yuxulu gələn uşaqlar Flame toverin ən uca mərtəbəsindən şəhərə baxıb dəhşətə gəldilər. Hər yerdə zombi gəzirdi. Və artıq şəhərin əylənəcək deyil təhlükəli yer oldugunu anladılar. Təcili silah tapmaq üçün polis bölməsi axtarmaga başladılar. Xatai internetdən Təhlükəsizlik nazirliyini yerin tapdı və daha çox silah üçün ora getdilər. Dogurdan istədikləri növ silah var idi. Böyük maşına silah doldurdular və yenidən şəhərdə gəzişməyə başladılar. Dünyada hamı öləndə , şəhər sənə qalanda belə adam nə edəcəyini bilmir. Mcdonaldsda oturub yemək yeyirdilər və uzaqdan 6-7 zombi gəlirdi. Xətai Togrulla həll edərəm dedi və getdilər. Güllə ilə öldürməyə başladılar. Bu zombilər filmlərdəkindən fərqi başlarından vurma ehtiyacının olmaması idi. Adi bədənindən vuranda da ölürdülər. Togrul bina içindən çıxan zombiləri görüb hamsın öldürmək üçün içəri girdi. Xətai istəməsədə məcbur olaraq içəri girdi. İçəridən səs gəlirdi.

" Kömək edin "

Togrul yuxarı qalxdı və qapını açanda 5-6 zombi üstünə düşdü. Xətai arxadan gələndə artıq Togrulun hissələri parçalanırdı. Bu zaman Xətai qaçaraq özünü otaga bagladı. Zombilər qapıya dirənmişdi. Qapı dözməyəcəkdi. Az qalmışdı qırılmaga. Bu zaman yuxarıda havalandırma deşiyindən biri çagırdı

- Ey gəl bura əlini ver.

Zombilər qapını qıırb içəri girərkən Xətai son anda yuxarı çıxa bilmişdi. Havalandırma borusu ilə başqa bir otaga düşdülər.

- Bunlar Rəşad və ekiz qardaşlar olan Elvinlə Əlvindi. Mənim adımda Akifdi.
+ Mən də Xətai kömək üçün çox sagolun. Dostlarım çöldədi. Dostumu isə zombilər gözümün önündə parçaladı.

Xətainin gözləri dolmuşdu. 
Turalgil isə onları axtarmaga gəlmişdi. Və Akifgil özləri onların yanına gəldi. Axundov kitabxanasının önündə idilər. Togrula nə oldugunu Xətainin gözündən bilmişdilər. Hamı susub kitabxana pilləkənləri üstündə oturmuşdu. Ətrafda xırıltılar , nəyisə sındıran zombi səsləri idi ancaq. Ta ki Kitabxana qapısı gurultu ilə döyülənə qədər...

Ardı 3 cü bölümdə olacaq.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0264 saniye