Qan (2ci bölüm)
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 22:25 23 aprel 2014 tarixində əlavə olunmuşdur

2 ci bölüm

 

İlkin huşunu itirib yerə yıxıldı. Bu varlıqlar onun üstünə şığışmağa başladılar. Birdən divarın yanında küncdə hava borusu qapağı açıldı və 2 qız , 1 oglan çxıb İlkini ora saldılar. Bu varlıqlar isə divarı cırmaqlamağa başladılar..

2 saat keçmişdi artıq və ilkin gözlərin ovuşdura-ovuşdura açırdı. Ayıldı və sağına baxdı 1 qızla oglan qucaqlaşıb yatmışdı. Ətrafa baxdı haradasa bir zirzəmidə idi. Ayağa qalxdı. Qapıya yaxınlaşıb dəstəyi çəkirdiki bir qız oxla əlinin yanına vurdu. İlkin qorxub geri çevrildi və qız dedi

- Çaşıb açarsan birdən , zombi qaynıyır orası. Kiminsə yeməyi olmagı istəyirsənsə , o ayrı , buyur get
- Nə zombi ? nə danışırsan ?
- Necə yəni bunların heç birindən xəbərin yoxdu ?
- Yox nolub ki ? hanı insanlar ?

Səsə oyanan digər uşaqlar nə baş verdiyin anlamağa çalışdılar. Muxtar , Gözəl və Günay hər şeyi başdan danışdılar. Muxtar bir axşam evdən səslər duyub. Sonra atasının otagına girəndə ağzında qan gəldiyin görüb. sonra atası onun üstünə hücum edib. Zombi filmlərindən öyrəndiyi qədəriylə məsələnin nə yerdə oldugunu anlayıb. Düzü bu ona da gülməli gəlib. Zombi və reallıq ola bilərdi ki ? Gözəl və Günayda bacıdılar. Eyni hadisə onlardada baş verib. Muxtar ikisində xilas edə bilib. 3 gün yarımdı gizlənirlərmiş burda. Yaşayan birilərini tapmaq istəyirlər. bu hadisə elə 3 gündü başlayıbmış Muxtar nə qədər inanılmaz olsada bunun zombilər oldugunu dərk edib. Mənimdə aglıma batmışdı başqa nə ola bilərki bunlar ? Mən 3 gün idi ancaq evdə oyun oyanyırdım. Demək internetin işləməməsidə bu üzdənmiş. Günay şokolad və cola gətirdi.

- Olanımız budu. Heç yerə çıxmaq olmur
- mm...

Qorxudan az qala nəfəsim kəsilirdi. Ailəmin olmaması bu vəziyyətdə ilk dəfə işimə yaramışdı. İtirəcək kimsəm yox idi..

Günay , göy gözlərindən gözümü çəkə bilmirdim. Gözəlliyi bu vəziyyətdə belə ona baxmaga vadar edirdi məni. Mənə baxıb gülümsəyəndə zombiləri unudub , çöldə çəmənliyə uzanıb saçların oxşamaq istyrdim. Beynim hərdən donub , belə ancaq eyni şeyə uygunlaşanda mal kimi qalırdım ortada. Birdən Muxtar əlini belimə vurub sübh tezdən gedəcəyimzii dedi. Burda qalmaq olmazdı , çünki zombilər saatlarla çoxalırdı. yemək , su da yox idi.

Saat 05:18. Xəqani ticarət mərkəzinin damındaydıq. Bir vaxtlıar təsbeh fırradılan malakan bagında indi zombilər insan kəllələri yeyirdilər. arxa küçədən yavaşca irəliləyirdik. Muxtar demişdi ki ən yaxşı yer gizlənməkçün Hilton otelidi. Həm böyük , zombilər üçün çıxılması imkansızdı. Həm də uzun müddətli yemək ehtiyatı vardı. Bıçaq atmağı yaxşı bacarırdı Muxtar. Ona görə qarşımıza zombi çıxanda o bıçaqla həll edirdiş Çox soyuqqanlı oglan idi. Amma gücü ancaq 1 inə çatırdı. Yəni 2 zombi birlikdə qabaglmlza çıxsa yəqin ordaca ölmüşdük. Güclə otelin önünə çatdıq. Otelin qarşısında olan parkingdən girməyimizi təklif etdi Muxtar. Qapı təhlükəli ola bilərdi. Parkingə yaxınlaşdıq. Qapı baglı idi. Muxtar qapını qırdı və içəridən səslər gəldi. Bu an qapı möhkəm səslə açıldı və zombilər çölə axışmaga başladı. Özümüzü itirdik və tez otelə dogru qaçdıq. qapıya çatdıq ama bagl idi. Muxtar şüşələri vururdu ama qırılmırdı. ZOmbilərsə artıq 4 bir tərəfdən yaxınlaşmışdı. Bu artıq son idi..

 

(ardı 3 cü bölümdə)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0305 saniye