Qan.
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 21:34 23 aprel 2014 tarixində əlavə olunmuşdur

1 ci bölüm

 

Budilnikin hiddətlə sirkələnən zəngi İlkini yuxudan oyatdı. Gözlərini ovuşdurdu , saat 11:14 idi. Ayağa durub pərdəni çəkdi. 11 ci mərtəbədən Bakıda heçnə görsənmirdi. İlk dəfə idi bakıda bu qədər duman vardı. 1 metrdən o tərəfə heçnə görsənmirdi. Hava durmuşdu. Küçədə maşın səsləri belə gəlmirdi. İlkin televizoru yandırıb özünə qəhvə süzdü. Lakin Tvlər heçnə göstərmirdi. Bir-bir bütün kanalları çevirdi ama heç birində siqnal yox idi. Pencəyini götürüb aşağı düşdü. Hər yer boş idi , sakit , səssiz.. Bu qəribəliklər onun içinə getdikcə bir qorxu salırdı. Artıq 3-4 küçə keçmişdi ama 1 insan , 1 canlı belə yox idi. Maşınlar yolun ortasında tərk edilmiş haldaydı. Nizami küçəsinə tərəf irəliləyirdi. Artıq nəsə baş verdiyini anlayırdı. "Yox Mcdonaldsa getməliyəm , həm nahar edərəm . həm də orda insan mütləq vardır " - deyə öz içində danışırdı. Mcdonaldsın önünə gəldi və içəri keçdi bomboş idi. Yerdə hamburger və kartof qırıqları dağılmış şəkildə idi. Elə bil bir qrup insanı 2 ay ac saxlayıb bura buraxmısan. Çölə çıxdı və yerdəki qan izini görəndə ciddi-ciddi stres keçirməyə başladı. Nolub belə axı ? tez 5-6 tanışına , dostuna zəng etdi şəbəkə məşgul idi zəng gedib , gəlmirdi. Uzaqdan fəvvarənin yanında adam oldugunu gördü. "Axır ki ! Bilirdim ! " - deyib qaçaraq ora irəlilədi. Biraz yaxınlaşdıqda qəribəliyi hiss etdi. Bu adam deyildi. Nəsə başqa bir şey...İki göz , iki qulaq ama adam deyil..

- Bagışlayın bilmirsiz nə baş verib ? hardadı bu insanlar ?

Cavab gəlmədi əvəzində xırıltı səsləri gəlirdi. Üzünü ona çevirən qəribə varlığı görəndə İlkin dəhşətə gəldi. Gözünün biri çölə doğru çıxmış , üzündən qan axıb , quruyan , dişləri pis günə düşmüş və xırıldayan bir varlıq... İlkin tez qaçmağa başladı. Amma heç də sürəttə geri qalmayan bu varlıq İlkinin arxasıyca qaçırdı. İlkin özünü tez "mado"ya sala bildi. qapını bagladı. Həmin varlıq qapını cırmaqlayırdı. İlkin ağlamaq dərəcəsinə çatmışdı. Nədi bu ? nolub ? yuxudu bu ? tez oyanmaq istəyirəm " deyirdi öz-özlüyündə. Başını geri çevirəndə içəridəki cəsədləri görüb daha çox təlaşa düşdü. Birdən lap içərilərdən bir səs eşitdi. Nəsə yerə düşdü elə bil. Tez stolun altında gizləndi. Bu başqa bir varlıq idi. Eyni o birisi kimi. İlkin səs çıxarmamaq üçün özünü güclə saxlamışdı. Amma ayağı stola ilişdi və stoldakı boşqab yerə düşdü. İyrənc varlıq səsə arxaya çöndü. İlkini görər görməz üzərinə gəldi . İlkin tez stolun altında çxııb mətbəxə dogru qaçmaga başladı. Ama hər tərəfdən daha çox gəlməyə başladılar. İlkini küncə sıxışdıran varlıqlar durmadan çoxalırdı. İlkin arxa arxaya gedirdi və birdən ayağı böyük şkafa ilişdi və başı divara dəydi. Huşunu itirdi..

 

1 ci bölüm sonu.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0219 saniye