Qana qarışmış izlər
Murad tərəfindən "Hekayə" bolməsinə 20:21 05 avqust 2014 tarixində əlavə olunmuşdur

Qar yağırdı. Güclü yağan qar ətrafı öz sehrinə almışdı. Anası ilə son qucaqlaşmasından sonra yavaş-yavaş qapıya doğru yönəldi. Hələ də anasını necə dərindən qucaqladığını, öpdüyünü unuda bilmir.

Orxan, özündən muğayət ol. O, öz oğluna son anda yalnız bu sözləri demişdi. Çünki göz yaşları daha artığını deməsinə imkan vermirdi. Qırışıq dərisindən axan göz yaşları yanağından aşağı süzülən zaman oğlu əli ilə həmin göz yaşlarını anasının nurlu üzündən təmizlədi.

Ana narahat olma. Vətən borcudur bunu hər bir kəs etməlidir. Getdiyim kimi də qayıdacam. Son sözləri dedikdən sonra anasının göz yaşlarına bürünmüş üzündən öpərək otaqdan çıxdı.

Oktyabr olmasına baxmayaraq qar havada dövrə vurmuş kimi idi. Əynindəki libasına bürünərək soyuqdan gizlənməyə çalışırdı. Orxanın 18 yaşı hələ yenicə tamam olmuşdu. Artıq əsgərliyə yola düşürdü. Son dəfə arxasına çönərək pəncərədən gözü yaşlı anasına baxdı. Özü də ağlamağa başladı ancaq daxilində ağlayırdı.

Zaman keçdikcə Orxan əsgərliyə öyrəşməyə çalışırdı. Ancaq buradakı ədalətsizlikləri gördükdə isə ürəyi dözə bilmirdi. Bəzən yemək belə tapa bilməyən Orxan ac ətrafda dolanırdı. Ancaq o vətən üçün hər şeyi etməyi düşünürdü. İlk dəfə əlinə silah aldıqda isə çox həyəcanlanmışdı eyni anda isə çox sevinirdi. Üzündə qeyri-adi gülümsəmə meydana gəldi və əlində tutuğu silaha bir qədər də baxmağa başladı.

Orxan təbriklər anandan məktubuva cavab gəldi. Həsənin sözləri Orxanın son zamanda eşitdiyi ən gözəl xəbərlərdən biri oldu. Cəld məktubu əlinə alaraq bir qədər qoxusunu içinə çəkdi. Görünür anasının ətri məktubun üzərinə hopmuşdu. Orxanın gözlərində bir qədər yaşlar meydana gəldi. Titrək əlləri ilə məktubu açaraq oxumağa başladı.

Əzizim, çox darıxıram. Hər gün Tanrıya dualar edirəm. Səni məndən almaması üçün hər an üzümü Tanrıya tuturam. Çoxda qorxuram. Sənin cəbhə bölgəsində olduğunu  düşünəndə daha da çox ağlamağa başlayıram. Ancaq bilirəm Tanrı səni mənə bağışlayacaq. Oğlum məndən narahat olma. Burada hər şey yaxşıdır. Qonşumuzun oğlu məndən köməyini əsirgəmir hər istədiyimi edir. Bilirsən hər ötən gün bir az daha qocalıram bəzən yeriməyə belə taqətim olmur. Ancaq səndən yeni bir məktub alan zaman sanki həyata yeni gəlmiş kimi oluram. Orxan səni çox sevirəm və yolunu gözləyirəm.

Əzizim mənim

Məktubun son sətirlərindən sonra səhifə göz yaşlarına bürünmüşdü. Onsuz hər zaman belə olardı.

Artıq beş ayını geridə qoymuşdu. Orxan demək olar ərgərlik müddətində günləri saymırdı. O, hər bir vətəndaş kimi vətənə olan borcunu ödəməklə məşğul idi. Cəbhə bölgəsində olduğu üçün atışmalar, ani atılmış güllələr və yuxusuz gecələr demək olar adi hal almışdı. Hər bir əsgər  qorxu içində günlərini keçirdirdi. Daxillərində təşvişlə öləcəklərini düşünürdülər. Amansız düşmənin nə zaman hücuma keçəcəyini bilmək olmazdı. Ən pisi isə baş vermiş atışmalarda yaralanmış və hətta ölmüş bir neçə əsgəri Orxan öz gözləri ilə görmüşdü. Həmin əsgərlərin içində hətta Orxanın dostları belə var idi.

Əsgərlik zamanı Orxan demək olar hər zaman anası ilə məktublaşırdı. Beləcə bir-birindən xəbər alan iki doğma insan bir qədər də olsa rahatlayırdılar. Orxanın geridə qoymuş əsgərlik müddəti  bir ili keçmişdi. Zamanın necə ötməsini  Orxan anlamırdı belə. Əsgərliyi bitirib yenidən anasının yanına qayıtmağa az bir müddət qalmışdı. Bunu düşündükcə onun üzündə gülümsəmə meydana gəlirdi.

Həsən bu nə səslərdi? Orxan təşviş içində üzünü dostuna tutdu.

Əclaflar yenidən hücuma keçiblər. Çox insafsız millətdir elə yatdığımızı gözləyirlər ki, hücuma keçsinlər. Həsən əsəbi halda Orxana cavab verdi.

Orxan cəld yerindən qalxaraq paltarını geyinməyə başladı. Daha sonra isə silahları çiyninə alaraq qapıya doğru yönəldi. Elə Həsən də onun arxasınca irəlilədi.

Qanlar..Göydən axan yağışın suyu yox sanki qan damlaları idi. Bu səfərki sıradan bir atışma yox əsl müharibə idi. Orxan ilə Həsən yanbayan uzanaraq torpağın altında gizlənmiş və düşmənlə atışırdılar. Əllərindəki silahlarla düşmənə atəş açırdılar.

Həsən bizim buradan sağ çıxmağımız qeyri-mümkündü. Orxan dostunun əlindən tutdu.

Həsən güllə səslərindən Orxanın sözünün tam anlaya bilmədi. Bir neçə dəfə təkrarladıqdan sonra Həsən Orxanın nə demək istədiyini anladı.

Orxan sən nə edirsən? Dəlisən? Müharibə zamanı məktub yazırsan? Həsən çaşqınlıq içərisində Orxana baxmağa başladı.

Həsən biz burdan sağ çıxa bilməyəcik ona görə də anama hökmən məktub göndərməliyəm. Orxan deyilmiş sözlərin ardından silahı ilə bir neçə düşmən əsgəri yenidən güllələdi.

İki saatdan artıq idi döyüş davam edirdi. Ətraf qan içərisində idi.

Həsəəəəənnnnn...Son güllə səsindən sonra Həsənin qanı Orxanın düz üzünə töküldü. Dostunun cəsədi isə elə onun üzərinə yıxıldı. Orxan dəli kimi Həsənin üzünə bir iki şillə endirsə də artıq o ölmüşdü. Qan içində dostuna baxan Orxan ağladı. Çox ağladı. Daha sonra qışqırdı. Hıçqırıqlara boğularaq dərindən qışqırdı. Həsənin cəsədini kənara itərək ağır silahı əlinə alıb torpağın altından bir qədər üzə çıxaraq qabağa irəliləməyə başladı. İrəlilədikcə isə sanki gözü bağlı formada atəş edirdi. Artıq ölüm belə Orxan üçün heçnə idi. Bitmək bilməyən güllə səsləri cəbhədə davam etməkdə idi. İrəlilədi.. Bir qədər də irəlilədi. Eyni zamanda da güllələdi. Öldürdü. Daha sonra isə büdrədi. Vuruldu. Yenə də irəlilədi. Bir qədər də irəlilədikdən sonra dayandı, üzünü ağ səmaya tutaraq göz yaşları içində yerə yıxıldı.. Ancaq əlindəki məktubu bərk sıxmışdı. Bədənindəki qanlar məktubun üzərinə töküldü.

Əziz anam... Mən bu məktubu sənə elə müharibə yerindən yazıram. Səni çox sevirəm, unutma! Ana bacardığım qədər döyüşəcəm. Pis olma ölsəm belə hər şey vətən üçün! Hətta mən iyrənc ermənilərin belə bir neçəsini məhv etdim. Bax buna çox sevinirəm. Yanıva gələcəm. Gəlməyim alınmasa belə səni səmalardan hər zaman izləyəcəm...

                                                           Səni çooo.....

Oğlundan aldığı son məktubu dəli kimi oxudu. Sonluğu isə Orxan bitirə bilməmişdi. Məktubun son sətirlərini qan əhatə edirdi. Məktub anasının əlinə gec çatdı ancaq Orxanın son anda istədiyi oldu. Şəhid oldu. Vətəni uğrunda savaşdı sonuna qədər döyüşdü. Məktubu sona çatdırmağ istədiyi an isə sonuncu güllə ilə həyatından oldu. Ancaq o oğlunun son sətirlərdə nə demək istədiyini çox gözək anlayırdı.

 Ağladı... Məktubu sinəsinə sıxaraq dərindən ağladı. 

... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0273 saniye