QANLI EHTİRAS (hekayə)
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 14:48 25 dekabr 2016 tarixində əlavə olunmuşdur

    Budur, artıq o, bütün çılpaqlığıyla onun qarşısındaydı... Leo gözlərinə inana bilmirdi. İllərdir sevdiyi, bütün varlığıyla arzuladığı, yuxularının və əsrarəngiz xəyallarının baş qəhrəmanı senyorita Mariya artıq bu gün, bu saat, bu dəqiqə onun olacaqdı... Tez onun incə belini qucaqlamaq; bulaq suyu kimi saf gözəlliyə sahib olan möhtəşəm bədənini özünə sıxmaq; qönçədən yenicə gülə çevrilmiş təzə qızılgül qoxulu göbəyini, iri, günəş şəfəqləri kimi nur saçan, pambıq kimi yumşaq, yanan alov kimi isti sinəsini, döşlərini öncə qoxulamaq; sonra dərin bir məhəbbətlə, odlu ehtirasla durmadan öpüşlərə qərq etmək; millimetrlə qüsursuz boğazını, boynunu, görünüşü, ətri və öpərkən, dişlərkən ağızda inanılmaz, unudulmaz bir dad buraxan o qönçə dodaqlarını öpmək, dişləmək; bir sözlə - onun ecazkar varlığında ömürlük yox olmaq; boyu 178 sm. olan bu mükəmməl vücudlu, tünd qəhvəyi saçlı qadınla – sevimli senyoritasıyla adətən nağıllarda və dini kitablarda təsvir edilən kimi cənnət həzzi yaşamaq istədi, qadının təsviredilməz dərəcədə möhtəşəmliyi qarşısında çarəsiz qalan kişi – Leo...

    O, özü də yaraşıqlı oğlan idi. Yaşadığı şəhərdə, ən az hər məhəllədə bir qadın onu görəndə heyran qalırdı. Çünki Leonun özünə xas cazibəli yerişi, dolğun budları, inanılmaz dərəcədə estetik, idmançı görünüşlü bədəni, hündür boyu, tünd qəhvəyi və qıvrım saçları, görəndə bir çox ciddi, ehtirasdan və əyləncəli vərdişlərdən uzaq olan qadının içini yağ əritmiş, ürəyini aslan pəncəsinin zərbəsi tək parçalamış, bədənini buz kimi titrətmişdi... Amma nədənsə Leo daima Mariyanın qarşısında özünü çarəsiz və rəqabətə girə bilməyəcək qədər gücsüz hesab edirdi.

    Bəlkə də Leonun çarəsizliyinin səbəbi Mariyanın ailəsinin kübar sinfin nümayəndələri olduğuna görəydi... Cəmiyyətdə həmişə belə problemlər olur. Yox, yox mən sizə “kasıb oğlan varlı qız” nağılını danışmayacağam...

    Leo çox əziyyət çəkmişdi bu 19 yaşlı, “tər çiçəyin” yolunda... Məktəbdə 9-cu sinifdə oxuyarkən, bəli məhz o zaman idman dərslərinin birində, tənəffüssə beş dəqiqə qalmış, səhvən və təsadüfən oğlanların deyil, qızların soyunma otağına girən bu çarəsiz fərd, soyunmaq üçün bir anda arxasını dönən kimi, gördüyü mənzərə qarşısında buz heykəl kimi donub qalmışdı... O anda Leo anlaya bilmirdi. Yoxsa günəş öz nurunu bir insan cildində məs onun təhsil aldığı məktəbə yollamışdı?...

    O hadisənin üzərindən günlər, saatlar, dəqiqələr keçsə də, bu əsrarəngiz gözələ ürəyini, qəlbini aça bilmirdi, Leo. Niyə, axı niyə - dəfələrlə özünə sual vermişdi. Durmadan fikirləşirdi, görəsən nə vaxtsa günəş kimi nur saçan bu qızla danışmaq şansı olacaqdımı...

    Zalım müharibə hər iki saf gəncin həyatında yox edilməsi mümkünsüz olan izlər qoydu. Hər iki ailənin yetkin kişi fərdləri düşmənlə amansız döyüşlərdə həlak oldular. Bu qayğısız gənclərsə günlərin bir günü bir kafedə tanış oldular.

    Hər şey dünən olmuş kimi yadındaydı, Leonun. Amma xatırlarkən hadisələrin baş vermə ardıcıllığı və səbəbi onu canından çox sevdiyi Mariyasına daha çox bağlamaq əvəzinə soyudur, uzaqlaşdırır, daha da əl çatmaz bir mərtəbəyə qoyurdu...

    O, hər şeyə rəğmən əlinə düşən bu inanılmaz fürsəti dəyərləndirmək istəyirdi. Nəticədə cəmiyyətin psixi düşüncələrini saymazsaq, Leo sadəcə bir kişiydi. Mariya isə onun tələbatını ödəyə bilən bir qadın... Bəlkə də hər şeyə beləcə sadə yanaşmaq lazım idi. Leo bir kişi, Mariya bir qadın. Hər ikisi bir otaqda və çılpaq...

    Bir-birilərinə o qədər ehtirasla və dərin məhəbbətlə baxırdılar ki, Mariyanın qəhvəyi, Leonun tünd yaşıl gözləri, məcazi anlamda günəşin mərkəzindəki istilik dərəcəsinin daha da üstündə bir temperaturla yanırdı. Hər ikisi bir-birinə yalnızca sevdiyi insan kimi deyil, daha çox yenmək, məğlub etmək istədiyi güclü bir düşmən kimi nəzər yetirirdi... Mariya əzəldən bütün qadınlar kimi istədiyinə nail olub kişi üzərində hakimiyyət qazanan “anaxaqanlığı”, dəfələrlə yenilməsinə baxmayaraq mübarizədən qalmayan və təsəlli olaraq nəticəni öz qələbəsi kimi düşünən “ataxaqanlığı” statusunu isə Leo əldə etmək istəyirdi...

    Milliyyətindən və əqidəsindən asılı olmayaraq, “Ailədə rəis kişi olar” ifadəsini dönə-dönə xatırladan kişilərin demək olar ki hamısı evləndikdən sonra müəyyən mövzularda sözsüz qadınla razılaşmalı olurdular. Çünki onların yarı faizi hövsələsizlikdən və tənbəllikdən, yarı faizi isə sırf “kişi” eqosundan o mövzulara dərindən yanaşmır və ya yanaşa bilmirdi. Ona görə də tədricən “hər bacarıqlı kişinin arxasında (və ya yanında) bir möhtəşəm qadın var” ifadəsi meydana gəldi. Bax, bütün bu kimi fərziyyələri vaxtilə Leo universitetdə bir müəllimindən və on illik evli olan doğma əmisindən öyrənmişdi...

    İndisə Mariyanın gözəl vücuduna baxdıqca xatırladığı bir çox məsələləri dərindən düşünmədən, “özət keçərək” sadəcə gülümsəyirdi, o. Amma əsas düşüncəsində tək bir şey – Mariyaya sahib olmaq var idi. Bu fikir onun beynində ikinci bir eqoist şəxsiyyət yaratmış, sanki durmadan meqafonla qışqırırdı...

    Mariya bütün çılpaqlığıyla onun qarşısındaydı və artıq tamamən yaxınlaşmışdı. Leo - Mariyanı sevən, ömrünün əsas yetkinlik çağını onu düşünməklə keçirən 25 yaşlı bu kişi xeylağı, cəmi iki dəqiqə keçməsinə baxmayaraq, artıq sadəcə izləməkdən bezmişdi. Amma hərəkət etməyə, Mariyanı cəld ağuşuna almağa cəsarət etmirdi. Ürəyində Tanrıya yalvarırdı...

    Leo bu dəqiqə sanki xəyalında dünya şöhrətli bəstəkar Şopenin bir əsərini dinləyirdi. Əsərdəki həzin elementlər, xırda, rahatladıcı vuruşlar, insanı bihuş edən mükəmməl hesablanmış enmələr, qalxmalar, çaldıqca pianonun sağ dillərinin yaratdığı o möhtəşəm səs, duyğu, eşqin, yaradılışın əsil, xas, həssas açıqlamasını, “düsturunu” verən o əvəzsiz əsərin bütövlükdə özü Leonu hazırkı səhnə qarşısında heyranlıqdan donub qalmış bir sadə tamaşaçı cildinə salmışdı. Sanki bu saat qarşısındakı bu əsrarəngiz qadın bədəni Şopenin insanı incə-incə yox edən, uçuran əsərinin özüydü ki var...

    Ancaq Leo yalnız Şopenlə sərhədlənmək istəmirdi. Dərhal xəyalını, düşüncələrini Çaykovskiyə köklədi. Və həzin melodiyanın ardından coşqun, ehtiras dolu bir simfoniya səsləndi. O simfoniya Leoya yeni bir ruh verdi. O ruh ona kimliyini, əqidəsini xatırlatdı...

    Leo siyasi görüşü faşist millətçi, dini görüşü qatı katolik olan bir ailədən gəlirdi. Məs buna görə müharibə başladığı an Leonun ailəsi Mussolinin, Mariyanın ailəsi isə anti-faşist birləşmələrin tərkibində döyüşlərə qatılmışdı. Bəli, zalım müharibə ehtirasdan və eşqdən od kimi yanan bu iki gənci bir-birinə düşmən etmişdi...

    Çaykovskinin, ardından Bethovenin simfoniyaları eyni anda Leo və Mariyada intiqam odunu daha da artırdı. Onlar bir-birinə qalib gəlmək istəyən iki qarşı qüvvə kimi hücuma keçdilər. Leo yatağın altında gizlətdiyi tapançasını, Mariya isə alt paltarında gizlətdiyi bıçağını işə saldı... Onların bir-biri üçün yanan bədənləri birləşdiyi an silahlar da ehtirasla birləşib öz sözünü dedi. Və bu eşqlə dolu ehtiras qana bulanıb “qanlı ehtiras” oldu...

    Onların hər ikisi var qüvvəsini itirənə qədər sevişdilər. Sanki bir-birinin bədənlərində açdıqları yara, durmadan axan qan, bu ehtiras dolu gəncləri daha da təhrik etmiş, qanla birləşən ehtirasın son pilləsinə qədər qalxmışdılar. Hər iki bədən tamamən sönənə qədər, bədənlərindəki qan bitənə qədər durmadan, həvəslə, bilərək və istəyərək sevişirdi Mariya və Leo... Elə bu halda bütün fantaziyalarını yaşayan sevgililər, son olaraq bir-birinin gözünü bağlamağa, bədənlərindəki qanı dodaqlarına sürtərək qanla birləşən ehtirasın qələbəsini izləməyə qərar verdilər. Ancaq Leo dözə bilməyib gözünü açdı və ağuşunda olan yarını son dəfə görmək istədi. Elə gördüyü an peşmançılıq hissi ona güc gəldi və içini yeyib-dağıdan vicdanı onu gözlərini qapamağa vadar elədi.

    Bir-birinin ağuşunda, qanlı dodaqlarının son qovuşmasınadək ehtirasla sevişən kişi və qadın nəhayət bu dünyayla əbədi sağollaşdı. Ölərkən isə həyatla ölümün qarşılıqlı əlaqəsi onlara daha çox həzz verirdi... Bethovenin 5-ci simfoniyası da öz kulminasiyasını elə bu andaca bitirdi...

Elşən İsmayıl

18 sentyabr 2016

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+28=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye