Qanun həmişə ədalət deyil
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 16:34 28 avqust 2016 tarixində əlavə olunmuşdur

Ədalətli olan hər şey çox vaxt qanuni olmur.

Cek London

Oğurluq eləmiş Ədalət adlı oğlanı məhkəmə zalında müttəhim yerinə iki polis oturdub, sükutun hökm sürdüyü zalı tərk etdilər. Ədalət yerində sakitcə əyləşib məkhəməyə göz gəzdirməyə başladı. Elə bil ondan başqa heç kim yox idi məkhəmədə. Hamı danışıb qurtadı və son söz müttəhimin idi.

-Əvvəlcə etiraf edim ki, oğurluq etmişəm, amma bunda təkcə mən günahkar deyiləm. Düzdür, sizin qanunlarınız deyir ki, bu cinayət işidir, qanunu pozmuşam. Sizə sual verirəm, kimin yazdığı qanunları? Dövlətin? Yəni dövlətin idarə edənlər, başında dayananlar tərəfindən, güclülər tərəfindən yazılan qanunları deyirsiz də? Niyə bu qanunları yazarkən məndən heç nə soruşmadılar, amma tələb edirlər onların yazdıqlarına əməl edim? Əgər əməl etməsəm –cəzalandırılacam. Bəs onlar öz yazdıqları qaydalara əməl etməsələr, qeyri-qanuni hərəkət etsələr necə? Onları kim cəzalandıracaq?

Amma mən sizə qanunların necə yarandığını və heç nə ali və ədalətli olmadığından danışmaq istəyirəm. Bizim indi hüquqi status almış qanunların kökü Quldarlıq quruluşunda yaranmışdır. Qanunlar, hüquqlar bunlar dövlətin yaranması ilə yaradıldılar. Bəs dövlət necə yarandı? İnsanlarda təbəqələşmə başladı, acgöz, hakimiyyətpərəst, hər şeyin onların olmasını istəyən adamlar peyda olmağa başladı, bu da bərabərsizliyi gətirdi ardınca. Bu varlı və güclü olmaq istəyən adamlar torpaqları, ərzaqları, tayfaları ələ keçirməyə başladılar. Bu bir dəstə adamlar hər şeyi öz əllərində cəmləşdirərək özlərinin müyyən sərhədləri olan dövləti yaratdılar. Və bu dövləti qorumaq lazım idi. Ordu yaratdılar. Dövlət xəzinəsi var idi ki, hamikiyyətlərini, əllərində olan var-dövlətləri qorumaq üçün qanunlar yaratmağa başladılar. Və bununla da kim dövlət üçün, cəmiyyət üçün təhlükə yaradacaq bir hərəkət edərsə, cəzalandırılırdı. Cəza qanuna görə yarandı. Qanunları sənin yaxşılığın üçün yox, özlərinin yaxşılıqları üçün yaratdılar. Özlərini qorumaq üçün, sənin üçün yox. Əgər insanlar qanunları pozub istədiklərini etsələr, onlara görə bu təhlükədir dövlət üçün. Dövlət kimdir-onların özləri. Çünki gözəl anlayırlar ki, dövlət yoxdursa, onlar da yoxdur. Yəni qanunlar yazan, konstitusiya qəbul edən adamlar heç də məndən-səndən ağıllı adamlar deyillər. Hətta axmaq adamlardılar. Çünki anlamırlar ki, qanun “qadağa” deməkdir. Qadağalar isə həmişə insanı qıcıqlandırır, ona pozmağa məcbur edir. Allah da Eden bağında Adəm və Həvvaya qadağa etmişdi, Şeytanın ağacının meyvəsindən yeməyi. Axırı noldu? Nə qədər qorxsalar da, istəməsələr, qadağanı pozdular. Allah allahlığı ilə bilmədi ki, nəyi qadağa edirsənsə, o lap şirin gəlir, marağa səbəb olur. Oğurluq da bu cür yaranır. Mən buna görə oğru oldum. Qanun-qadağa var deyə, oğurluq var. Bunu Lao Tzu deyirdi. Çünki bilirdi ki, qanun olmayan yerdə oğurluq da yox idi. Qanun bizə bunu etməyi qadağa edir və bu da bizdə maraq və açıq hissi yaradır. Yəni insanlar oğurluq etdiyi deyə, qanunlar yaranmadı. Əksinə qanunlar var deyə, onun pozmaq üçün oğurlamağa başladı insanlar. Dövləti idarə edən adamlar qanunlar yaratdılar özləri üçün ki, “bu torpaqda olanlar mənimdir”. Bunları qorumaq üçün bu əclaflar cəzalandırıcı qanunlar və ordu yaratdılar güc tətbiqi üçün. Əsrlərlə tarixən bu cür davam etdi və biz düşündük hər şey bizim təhlükəsizliyimiz üçündür, rahatlığımıza görə edilir. Xalq belə düşündü. Bəs niyə bütün ölkələrdə ən çox əmək haqqı alan, yaxşı yaşayanlar, toxunulmazlıqları olanlar dövlətin başında duranlardı? Həmişə xalqdan üstündülər. Bəs dövlət xalq üçün idi? Deməli, belə çıxır ki, qanun yalnız zəifə işləyir, güclüyə təsir etmir. Sən marketdən çörək oğurlasan, cinayət etmisən, həbs olunacaqsan, oğrusan. Amma dövlət və qanunlar maraqlanmaz ki, niyə bunu etmisən. Qanunlar düzdür onlara görə. Dövləti soyanı, güclü adamı türmədə görməzsən, varlılar türməyə düşmür. Elə bil qanun onları görmür, düz yanlarından keçir, heç nə etmir. Halbuki qanun kasıb üçün də, varlı üçün də -hamı üçün də qanundur. Qanunu yazanın özü də qanuna riayət etməlidir. “Mən sənin razılığın olmadan qanun yazıram, amma mən pozsam qanunu heç nə olmayacaq, sən pozsan həbs olunursan, cəzalanırsan”. Bu necə ədalətdir? Qanunlar ədalətli deyil, yoxsa insanlar? İnsanlar ədalətsizdir deyə, onların qanunları da ədalətsiz olur. Amma uzun illərlə bizə deyilib ki, qanunlar ədaləti bərpa üçündür. Qanun -ədalətdir. İnanın belə deyil. Qanun həmişə ədalət deyil. Məsələn, Robin Qudu götürək. Bu adam hamımızın bildiyi kimi varlıdan alıb kasıba verirdi. Özü oxçu idi, varlılara (dövlətə) qarşı vuruşurdu. Və qeyri-qanuni adam idi, axtarışdaydı, dövlətdən gizlənirdi, qanunları pozurdu. Ona görə qeyri-qanuni adam idi ki, varlının pullarını, var-dövlətini oğurlayıb kasıba verirdi. Bu qanunu pozmaqdır, amma Robin Qud ədalətli iş görürdü.Bunu etməsəydi qanunu pozmazdı, lakin ədalətsiz iş görərdi bu yazıq xalqı görə-görə. Çünki soyulan kasıb xalq idi. Bunu unutmamaq lazımdır ki, varlılar kasıbı soymaq üçün etdikləri oğurluqları qanuniləşdirəcəklər ki, heç kim qarşı çıxmasın. Bu ədalətli deyil. Ancaq qanunidir. Görürsüzmü qanun və ədalət burada ziddiyyət təşkil edir? Sən qanun adamı ola bilərsən, amma bu o demək deyil ki, sən ədalətlisən. Amma eyni zamanda ədalətli insan olmaqla qanundan kənar insana da çevrilə bilərsən.

Bu sözlərdən sonra məhkəmə zalının qapısı açıldı. Həmin iki nəfər polis içəri keçib Ədaləti özünün ədalət dünyasına apardılar. Məhkəmə zalı bomboş idi, heç kim yox idi.

 

1 aprel 2015

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.024 saniye