qapılar
Sən An tərəfindən "Şeir" bolməsinə 01:08 28 may 2014 tarixində əlavə olunmuşdur

qapılar

döymüşəm çox qapılar,

açan da olmayıb.

qapıların arxasında bir isti,

oda olmayıb.

 

döymüşəm çox qapılar..

zülmət olub,

işıq olub sifətimə,

nur saçan da olmayıb..

 

taxta dəmir qapılar,

hirsindən məni, gəmir qapılar..

tənha qapılar,

yoxdur arxanda sənin,

bir səs-səmir qapılar.

 

döymüşəm çox qapılar,

tənha bir qarı açıb,

əldə bir əsası, titrəyərək bədəni,

mənə sarı qaçıb.

 

döymüşəm çox qapılar,

unudulmuş sevginin,

unudulan yarı açıb..

 

döymüşəm çox qapılar,

həsrət açıb,kədər açıb..

bilmirəm bunları,

nə təhər açıb.

bəlkə də gecələr,bəlkə də

səhər açıb...

 

qapılar, ay, qapılar.

bir gün gələr bədbəxtlik üzünə qapılar.

 


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+7=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0379 saniye