Gəraylı
Qar qaradır,qaralıbdır,
Səhv salırıq xeyri,şəri.
Günlərimiz daralıbdır,
Unuduruq ötənləri.
***
Yenə şəhid,yenə məzar
Qəbrimizi kimlər qazar?
Fələk yazar,fələk pozar
Bəxtimizi indən bəri.
***
Biri haram yeyir,doymur,
Halal nədir,yaxın qoymur.
Biri halal,,,O da doymur,
Bir sümükdür,bir də dəri.
***
Səkkiz mayım utanc günüm,
On səkkizi gəldi ölüm.
,Açılmazmı bu düyünüm?
Kələf uzun,itib səri.
06.05.2013.Zərdabi.(Mövlud Ağamməd)