qara dəniz sahilləri
qara dəniz sahillərində
boş qalan skamyalar,
kimləri gözləyirsən?
tərk etmiş səni bütün insanlar.
dünən yağmurlu bir axşamda
gördüm yaşlı bir qadını.
oturmuş səninlə dalğalar qoynunda.
dəniz çırpırdı özünü sahillərə,
tənha qadına sanki mən burdayam deyirdi.
skamyada oturan yaşlı qadın,
dənizin şıltaqlığın seyr edirdi.
minib fikir qatarına,
qayıdırdı cavanlığa.
bir zamanlar gənc yaşda
tək deyildi bu məkanda.
tərk edilmiş yaşlı qadın.
hanı sənin sevgilin, övladların?
o illərdən tək xatirə,
bir dəniz,bir skamya,
bir alında qırış qalmış.
həmin qadın o skamyada donub qalmış.
yagışsa hey yağırdı, amma qadın islanmırdı.
islanan dəniz idi, qadına ağlayırdı.
skamyada solub qalan
ölü bir bəniz idi.