Qara Günəş
Mushfiq Shukurlu tərəfindən "" bolməsinə 21:37 27 sentyabr 2013 tarixində əlavə olunmuşdur

                                                                                                Gözlərinin qısa balladası

 

            Dünyada milyonlarla göz, onların içində də xüsusi bir göz cinsi var. Həmin gözlər aydın, iti bir bilinməzliklə insanın ruhuna sancılır. Həmin qara gözlər həyatın, ürəyin bütün sirlərini açıb şərh edir. Dupduru və ağappaq buludlar arasında qara bir günəş çevik, cəld addımlarla hərəkət edir. Gözlər oynayıb durur. Həmin qara günəş bütün dünyanın mərkəzində dayanır və kainata, səmaya, insanlara qəribə bir etinasızlıqla qığılcım saçır. Qara günəş yığcam, düzbucaq eynəyin arxasında şövqlə işıldayır. Hər kəsə məlum olmayan həmin bəxtəvər gözlərin ilk yaranışından yalnız bir sahibi var. Və o, öz ruhunda sabit, ağır, füsunkar və qeyri- adi.., qeyri- adi bir xarakter daşıyır. Qalan oxşar məxluqatlar isə həmin eynəkli qara günəşin sahibinin varlığını yaşatmaq və bütün bəşəriyyətə göstərmək üçün sonsuza qədər öz canını başqalarına tapşıraraq, nikbin vida nəğmələri ilə çoxalır, artır.

            Onun xüsusi bir xarakteri və görkəmi var. Və onun barəsində yazan bəxtəvər yazıçılar da az deyil. Görünür, o, bütün zamanlarda yaşayıb və ilk sahibi də məhz əsirlərin ən gözəl çağına bəxş olunub. Yazıçılar qeyri- müəyyən xoşbəxtliyin hissi möhtərəmliyinə qovuşmaq üçün mülayim bir görünməzliklə xüsusi bir obraz yaratmaq şərəfindən məhrum ola bilməzlər və onu böyük şövqlə dolğun, anlaşıqlı mətnlərdə şərh edib, yaradıblar. Şoloxov Aksinyanı “Sakit Don”a buraxaraq soyuq qış ruhunu isidib romanında mülayim, sərin bir dünya qurur. Folkner “Avqust İşığı”nı Lenanın hökmünə verir. Tolstoy Maslovanı dirilişin əsasında bir körpü kimi nicata çevirir. Dostoyevski Nastasiya Flippovnanı sərvətin, mənəviyyatın sərhədlərində ayna kimi işıqlandırır... Qara günəş qığılcımlarını güllə kimi yağdırır, şəffaf şüşənin arxasında dəqiq, yekdil bir əzəmətlə işıldayır. Qara günəşin sahibi öz ruhunda ən intizamlı və gözəl xarakteri saxlayır. Bəşəriyyət onun gözəlliyinin qayğısı ilə gəlməyəcək həmin günü, öz məhvini gözləyir.


... dəfə oxunub
Qiymət: 4/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.027 saniye