İllərin törtöküntüsü
Valideynlərdən yadigar
Yorğunluğu atamdan
şükürsüzlüyü anamdan götürdüm
irsi ağrılarım ,yaralarım var indi
bəyənən olmadı günlər ötürdüm...
21 ci baharda var olduğumu anladım
27 ci son baharda varım olduğunu
40 cı qışımdayam tək və yaşlanmışam
anamdan atamdan bir otaqlı , boz divarlı ev qalıb
Qara kəpənəklər uçuşur çilçırağımın ətrafında
Həmin kəpənəklər uçuşurdu mədəmdə
Səni hər gördüyümdə
Yaşlanmışam ... Yaşlanmısan
kəpənəklər yox olub
İndi Bir otaqlı bürkümə qonaqsan
Bir də sənin kəpənəklərin var indi
Bir də mənim səni gözləməklə keçən 13 ilim
İzn ver 13 il də özümü gözləyim...