Qara Qələm
Oktay Bukowski tərəfindən "Hekayə" bolməsinə 14:26 26 may 2014 tarixində əlavə olunmuşdur

Saatın zəngi oyatmamışdı onu. Çox az vaxtı var  idi. Durub hazırlaşdı. Bakıya getməli idi: bir iş görüşməsi üçün. Çantasını topladı və tələsik evdən çıxdı. Rayondan Bakıya  4 saat yol çox çətin görünürdü. "Yolda bəzi cızma-qaralar edərəm"- deyə, düşündü gənc yazar. Avtovağzala gələndə  avtobusun çıxmağına 15 dəqiqə vaxt qalmışdı. Bir siqarət yandırdı. Yaxındakı  skamyalardan birinə  əyləşdi. Yarımçıq qalan əsərini tamamlamaqçün əlindəki kağız parçasına baxdı. Sonra yazdığı bu yazını əzib zibil qabına atdı. Ayağa qalxdı,  avtobusda keçib öz yerində əyləşdi. Qulaqcıqları  taxıb, musiqini seçdi və başını pəncərəyə söykədi. Günəşin yeni çixan şəfəqləri şüşə pəncərəsini ilıqlatmişdi. Avtobus yola düşərkən də düşünürdü. Sanki illərdən bəri yazacağı  əsərə sonluq tapmayacaqmış kimi özü özünü acıladı.

  Avtobus dayanacaqların birində saxladı. Və  elə hər şey bu anda başladı. Yaşlı bir qadın, əlində  əl arabası,  arabada bir- iki ərzaq dolu torba. Üstü-başı köhnə olan bu qadın və  yanındakı  o qız gənc yazarın diqqətini  cəlb etdi. Qadın şoferin köməkliyi ilə torbaları  avtobusun baqajına yerləşdirdi  və  əlində bükülü  olan 3-4 manat pulu qıza uzatdı  və qucaqladı  qızın boynundan. Avtobus hərəkətə  davam edərkən də  gənc yazarın gözləri o qadında qalmışdı. Qadın göz yaşlarını  güclə  saxlayırdı. Qız gənc yazarın qarşısındakı boş oturacaqdan birində  əyləşdi. Bütün yol  boyu gənc yazarın gözləri qızın qara saçlarına zillənmişdi. Amma düşüncələrində  bəlkə də  yeni yazacağı əsərin sözlərini düşünürdü.
    Artıq Bakıya çatmışdılar. Qızı  gözdən qaçırmamaq üçün sıx insanları  itələyərək avtobusdan düşdü. Bu an bir oğlan qıza yaxınlaşaraq onun yük dolu torbalarına kömək edib yaxınlıqdakı taksilərdən birinin baqajına qoydu.Və qızla əl-ələ tutub maşına əyləşdilər. Gənc yazar da orda dayanan başqa bir taksiyə  yaxınlaşıb onların arxasınca getdi. Artıq qızın harda qaldığını bilirdi. Amma bütün bildiyi də bu idi o qız haqqında.
  Gülçin evin tək qızı idi. Uşaq yaşlarından anasını itirmişdi. Atası və nənəsi ilə yaşayırdı. Atası  içki düşkünü olduğundan nənəsi  onu himayə  edirdi. Maddi çətinliklər onun savadına təsir etməmişdi. Bakıda universitetlərin birində təhsil alırdı. Bakıya gəldikdən sonra Elşad ilə taniş olmuşdu. Ciddiyətinə  inanmasa da qarşısına çıxan ilk insandan sevgi gözləyirdi. Dərsdən sonra vaxtının böyük hissəsini də Elşadla keçirirdi. Bəlkə də Elşadla xoşbəxt olmayacaqdı,  amma tək bildiyi bu münasibətə çox ehtiyacı var idi. Güvənmək istəyirdi, ən əsası da, hec nəyi düşünmədən sevmək. Çünki hər  zaman yalnız idi. Ətrafındakı qizlar belə onu kasıb olduğu üçün aralarına almırdılar. Geyiminə lağ edən “müasir” qızlar saysız-hesabsız idi. Amma bunlar hec vaxt Gülçini utandırmamışdı. Çünki onun ən böyük sərvəti onun təmizliyi idi.
    Sonuncu dərs bitmişdi,  hamıdan sonra ayrıldı Gülçin universitetdən. Elşad universitetin qabağında dostlarıyla gözləyirdi. Yenə hər zamanki  kimi əl-ələ tutub hər gün oturduqları  parkın yolunu tutdular. Parkda əyləşərkən belə Gülçinin üzündə  yenə bir hüzün var idi sanki
-Nə olub axı sənə ?

-Heç nə, sadəcə qiymətlərimlə bağlı  problemlərim var.

-Inanmadım sənə
-Yaxşı, ay Elşad. Sənə demişdim axı dostlarınla gəlib durma. Onlar mənə qəribə baxırlar.
-Yenə  bu mövzu?!
-Elşad, sən onlara demisən bizim evlənəcəyimiz haqqında?!
-Qiymətlərin çox bərbad vəziyətdədir ki?!
-Elşad mövzunu dəyişmə....
-Ümumiyyətlə, bağlayaq bu mövzunu

Hər zamanki  kimi söhbət evliliyə gələndə  Elşad söhbəti dəyişirdi. Gülçin öyrənmişdi buna, amma yenə  də  inanırdı. Şirin söhbətlər başladı  sevgililər arasında. Sonda evə getmək vaxtı  çatanda Elşad Gülçindən hər  zamanki  kimi  pul  istədi siqarət almaq üçün.
-Elşad sənin iş məsələn necə oldu?
-Çağıracaqlar. Elə  dedilər mənə də.
-Inşallah ....
-Gülçin, evə  səni ötürə bilməyəcəm, atam məni iş yerinə çağırıb.
-Canın sağ olsu. Mən özüm də gedə bilərəm. Həm də uzaq qalmıram ki.
  Evə  getmək üçün  ayrıldılar ordan. Gülçin bu gecə ac qalacağını bilirdi, çünki cibindəki son 1 manatı  sevdiyi insana siqaret almaq üçün vermişdi .”Rayondan gələn avtobusla nənəm göndərər”-  deyə, düşündü,-  “iki gün ac qalsam ölmərəm yəqin ki” .... Elşad isə dostlarının çağırdığı  çayxanaya yola düşdü.
Gülçin evlərinə çatanda arxaya baxarkən kiminsə onu izlədiyini hiss etdi. Qorxudan həyəcanla evə  girib qapının arxasını bağladı. Otaq yoldaşı  hələ də gəlməmişdi evə. Pəncərənin pərdəsini aralayıb küçəyə  baxdı. Bir oğlan dayanıb onların qapısına baxırdı.  Çox yaxında dayanmışdı  hətta. Hündür boyu, iri qara gözləri, üzündə isə seyrək bir şəkildə saqqal var idi. Gülçin oğlanı tanıya bilmirdi. Oğlan isə əlindəki kağız parçasına Qara Qələm ilə nələrsə yazıb ordan uzaqlaşdı. Gülçin həyəcanlı bir şəkildə Elşada zəng etsə də, Elşad ona cavab vermədi. Çox qorxurdu.

  Bütün gecə o naməlum oğlan haqqında düşündü. Birinci dəfə  idi belə bir şeylə rastlaşırdı. Amma oğlanın üz cizgiləri hardansa tanış gəlirdi sanki. Ya görmüşdü onu hardasa, ya da düşüncələri onu aldadırdı.
1 ay kecmişdi. Yenə  universitetdən çıxarkən telefonuna gələn bir gizli zəngi gördü. Telefon səssizdə olduğu üçün eşitməmişdi. Universitetin həyətində  yenə zəng gəldi :
-Gülçin....
-Bəli...
-Aybəniz xalandı- kənddən qonşunuz.
-Hə, Aybəniz xala, eşidirəm.
-Gülçin, başınız sağ olsun.
-Nə?Nə olub?

-Qızım, nənən dünyasını dəyişib. Mən də sənə zəng etmənin düzgün olduğunu düşündüm....Alo....Alo.....

Xətt kəsilmişdi. Gülçin göz yaşları  içində hara belə qaçdığını  bilmirdi. Bir müddət sonra hər yer qaraldı  gözlərində ... Gözünü açdıqda isə Təcili Tibbi Yardım məntəqəsində  idi...Ayağa qalxmaq istəsə də, həkimlər icazə vermədilər....
 Sabah ilk avtobusla kəndə  getdi. Cənazəyə çata bilməmişdi. Göz yaşları ilə həyətə girdi. Yas ab-havası  hər kəsi başqa bir yola yönləndirmişdi sanki. Atasının boynunu qucaqladı  və doyunca ağladı. Ilk dəfə həyatda yalnız qaldığını  anlayırdı. Telefonu götürüb Elşada zəng etdi :

-Elşad, bilirsən nə olub?!
-Nə olub?

-Nənəm rəhmətə gedib.
-Allah rəhmət eləsin. Əlimdən nə  gəlir, de edim.
-Burada olmağını istəyirəm, yanıma gəlməyini. Məni tək qoyma, Elşad.
-Canım, bilirsən ki, bu mümkün deyil. İşləmirəm, imkanım yoxdu. Sən də  yaxında qalmırsan ki, gəlim-qayıdım.
-Elşad, inan ki, sənə çox ehtiyacım var. Bu nə deməkdi, bilirsən?
-Başa düşürəm səni. Amma mən heç nə edə bilmirəm axı.
-Sən gəl. Mən sənə pul tapıb verərəm, çünki sənə möhkəmcə  sarılıb ağlamaq istəyirəm. Ehtiyacım var  sənə, məni tək qoyma, Elşad....
Kontur bitmişdi....
Gülçin tətillərdə nənəsi ilə çəkdirdiyi şəkillərə baxıb göz yaşlarını saxlaya bilmirdi. Atası ilə qalmaq istəmirdi, çünki yaxşı bilirdi atasının alkol və qumar vərdişlərinin olduğunu. ”Kimsəsizlik budur”-  deyə,  düşündü.
Səhər açılanda qeyri- adi hərəkətlilik var idi həyətdə. Gülçin yuxudan durub yas mərasimi üçün kömək edənləri izləyirdi. Həyətə düşüb “qohum”larının yanına gəldi. Darvazanın ağzında gördüyü mənzərə  onu təəccübləndirdi. Həmin oğlan idi- onu arxasınca izləyən.  Görəsən burda nə işi var? ...bəlkə də qohumumuzdu.

 -Qohumumuz  idisə,  məni niyə izləyirdi? Cavabsız qalan bir  yığın  suallar....
  Atası ilə sağollaşıb Bakıya qayıtmalı  idi.  Həyat davam edirdi, kimlərinsə həyatımızdan çıxmasına baxmayaraq. Gülçin Bakıya çatanda yenə  onu Elşad qarşıladı. O isə Elşadı qucaqlayıb ağladı.

-Niyə gəlmədin axı?!
-Yanındayam, can
Əl-ələ tutub yenə taksi ilə  uzaqlaşdılar  vağzaldan....
 Iclasdan çıxmışdı  həmin günü Gülçin. Hava qaranlıq idi. Iclas isə başqa bir korpusda olduğu ücün evlə  arasındakı  məsafə də bir o qədər uzaq idi. Elşad isə hər zamanki kimi onu gözləyirdi. Qaranlıq küçələrlə addımlayırdılar. Və bir də  keçidlərin birində Elşad dayandı. Gülçinin əllərindən tutdu, ətrafa göz gəzdirdi. yavaşca Gülçinə doğru əyilib dodaqlarından öpdü. Gülçin isə onu itələyib aralaşmaq istədi. Amma Elşad onu möhkəmcə qucaqladı. Qışqırmaq istədi,  amma qorxdu....
-Burax məni, Elşad.
-Səni istəyirəm.
-Burax dedim sənə
-Qaçma məndən.

-Iyrənirəm, Elşad.

Elşad isə daha möhkəm qucaqlayıb öpməyə davam edirdi. Qizin koftasını qaldırıb əlini onun sinəsinə doğru apardı. Gülçinin qolları boşalmışdı yalnızca ağlayırdı. Elşad isə özünün bu xoş  əməlinə davam edirdi. Artıq yerdə uzanmışdılar...Gülçinin hıçqırtıları ilə Elşadın ehtiraslı səsi bir-birinə qarışmışdı. Bir müddət sonra tələbat ödənilmişdi. Elşad ayağa qalxıb Gülçinə baxdı :
-Dur ayağa, gözünün yaşını tökmə.
-....
-Bu dəqiqə polislər gəlib bizi tutacaq, dur, dedim sənə...

Bu zaman ayaq səsləri gəldi. Elşad Gülçini orda qoyub qaçdı. Yerdə yağan yağışın yaratdığı gölməçəyə tökülən göz yaşları. Artıq hec birşey qalmamışdı əlində. Ən böyük sərvətini  itirmişdi. Ağlayırdı....Ayaq səsləri daha da yaxınlaşdı. Gülçin başını qaldırıb qaranlıqda bir insan gördü yanında...
-Niyə ağlayırsan?
-Sən kimsən? –ağlayaraq
-Kim səni bu günə qoyub?!
- Get burdan...
-Ağlamaq səbəbini de, gedəcəm.

-Demirəm, get, ölmək istəyirəm.
-Bunun üçün qabaqda bol saatların var. Həm də  bilirsən, bu şəhərdə insanlar hamısı pisdi. Ölmək istəyənə kömək edirlər. Qoymurlar intihar etməyə, bunun üçün heç  kəsin olmadığı bir yer seçməlisən.

Əlləri ilə qızı qaldırdı. Sonra cibindən çıxardığı dəsmalla qızın dizindəki yaranın qanını sildi. Divar arasından düşən işıqda oğlanın üzünü gördü. "Bu, o idi - həmin oğlan, hansı ki, onu izləmişdi, hətta kəndlərinə  belə gəlmişdi". Bəli, bu, o idi, həmin  Gənc Yazar.
Gülçin səsi titrəyərək :

-Kimsən axi sən?
 Amma cavab gəlmədi.  Əlindəki balaca şüşədəki  suyu Gülçinə verdi. Sonra Gülçinə baxaraq:
-Səni evinizə ötürməliyəm,gecdir artıq.
Yol boyu hec biri danışmadı.
 Səhər açılmışdı. Gülçin yerindən  güzgünün önünə gəldi.  Gecədən gözündə quruyan göz yaşları, biləklərindəki  ülgüc izləri... Amma cəsarət edib özünü öldürə bilməmişdi. Əl-üzünü  yuyub evdən çıxdı.
Universitetdən çıxarkən Elşad yox idi...Öz- özünə düşünərək yoluna davam etdi “niyə axı?! Bir ehtiras üçün sevdiyi insandan üz çevirməkmi olar?! Bəlkə məni hec sevməyib?! Mən axmağam inandım ona....”
2 ay keçmişdi, ancaq dərsləri ilə maraqlanırdı.  Bu, onun qiymətlərinə  daha yaxşı təsir göstərmişdi...Artıq yay tətili gəlirdi. Qrupda uşaqlar gəzinti üçün planlar qurarkən heç  kəs Gülçini dəvət etmək istəmirdi bu gəzintiyə.  Çünki Gülçinin ora verəcək pulu yox idi.
 Dərsdən çıxıb hər zaman getdikləri parka doğru addımladı.  Parka çatıb oturacaqlardan birində  əyləşdi. Çantasından çıxartdığı  C.Bukovskinin  “Seçilmiş hekayələr” adlı kitabı açıb oxumağa başladı. Bu zaman yanına kimsə əyləşdiyini hiss etdi. Bu həmin oğlan idi. Həmin Gənc Yazar.
-Yenə mənə kömək etməyə gəlmisən?-deyə , soruşdu Gülçin.
-......
-Sən harda qalırsan?!-deyə, davam etdi Gülçin
-Kirayədə

-Bildim, Bakının harasında?
-Sənin bilmədiyin bir yerində- dedi Gənc Yazar
-Mənim bilmədiyim başqa nəyi bilirsən?!
-Sən xoşbəxt olacaqsan, Gülçin

-Sən mənim adımı  hardan bilirsən?!

-Oxuduğun kitab tanış  gəldi.
-Charles Bukovski
-Henry Charles Bukovski
-Adın nədi sənin?
-Adım?....Adım?...neynirsən adımı...
-Deyəsən belə gizli qalmağı xoşlayırsan.
-Bəlkə də.
-Niyə belə qısa cavablar?
-Olar bir sual verim?

-Buyur!

-Öz həyatını mənə danışarsan?

-Sənə  niyə maraqlıdı mənim həyatım?

-Danışarsan, yoxsa yox?
-Onda sualıma cavab ver.
-Hansı sualına ?

-Sən kimsən?
-Mən həvəskar bir yazıçı.
-AAAA doğrudan? Maraqlıdı, yazdığın yazılar var?
-Hə, var, azdı amma.
Sonra ayağa qalxdılar və parkda gəzərək söhbətə davam etdilər. Gülçin bütün həyatında baş verənləri  ona danışdı. Gənc yazar isə onun hər bir sözünə diqqətlə qulaq asa- asa gözləriylə onun gözlərinə baxmağa çalışırdı.
  Növbəti bir gecə... Gülçin bütün gecəni o oğlan haqqında düşdündü. Hər gözünü yumanda oğlanın qara gözləri onun gözü önündə dururdu sanki. Danışıq tərzi və gülümsəməyi- her şey sanki tilsimli idi. Aşiq olmağa başlayırdı, bəlkə də. Amma ürəyində xoş bir sevinc var idi. Səbəbini bilmədiyi...
1 ay ərzində vaxt tapdıqca görüşüb söhbət edirdilər. Oğlan isə hər söhbət edərkən cibindən çıxartdığı kağız parçasına nələrisə qeyd edirdi Qara Qələm ilə. Yenə bir gecə Gülçin evdə tək olarkən  möhkəm göy guruldadı, leysan yağmağa başladı. Göy gurultusu hər zaman qorxutmuşdu onu. Yenə də çox qorxurdu. Telefonu əlinə  götürdü, adını belə bilmədiyi  “dost” undan kömək istəməyi düşündü. 1 ay ərzində özünü bu qədər gizli saxlamış  dostunu yığdı.
-Salam. Bilirsən, səni niyə narahat etdim?
-Göy gurultusundan qorxursan...
-Bunu sənə deməmişdim axı...
-Ora gəlməyimi istəyirsən?!
-Gəl, danışaq, bəlkə qorxmaram, fikrim yayınar.
-5 dəqiqə sonra qapını aç
-Nə?

Doğrudan da qapını açarkən başdan ayağa islanmış şəkildə gördü onu....

-Sən bayaqdan burda imişsən?!

Gülümsəyərək stullardan birini çəkib oturdu. Gülçin isə içəridən quru bir dəsmal gətirdi onun  üçün....Saçını qurulaya-qurulaya  gülümsəyərək Gülçinin qorxan sifətinə baxdı.
-Qorxanda daha da şirin görsənirsən.
-Mənəm şirin?!
Yenə də cavabsız sual və gülümsəmə....Şirin söhbətlər davam edərkən saatın əqrəbləri daha da sürətli hərəkət etməyə başlamışdı. Elektriklər kəsildiyindən şam da saatın əqrəbiylə  sanki yarışa girmişdi əriməklə.
-Əslində qorxmamalisan. Insan qorxusunun üzərinə  getdikcə ona qalib gələ bilər- dedi gənc yazar.
Gülçin bir az cəsarətini toplayıb pəncərəyə doğru addımladı. Pəncərənin önündə durub dəlicəsinə əsən küləyə və yağmura baxdı. Bir müddət bu baxışlar davam etdi. Fikrə dalmağa başlamışdı ki,  arxadan onu qucaqlayan qolları  hiss etdi bədənində. Və boynuna gələn davamsız öpüşlər...nə edəcəyini bilmirdi....üzünü ona tərəf çevirdi gənc yazar. Onun boğazından öpməklə məşğul idi. Gülçin isə stolun üstündəki bıçağı  götürdü, düşünmədən belindən ona iki dəfə zərbə endirdi. Amma gənc yazar öpüşlərinə  davam edirdi...3- cü zərbə- artıq dizləri üstə çökmüşdü gənc yazar. Gülçin isə gözlərindən axan yaşlarla qanlı  əllərini bir-birinə qarışdırmışdı üzü- gözü qan içində idi. Aşağı  əyildi, bıçağı  atdı. Oğlanın köynəyini çıxartdı  əynindən və bədənini öpməyə  başladı. Sonra dodaqlarını  birləşdirdi dodaqlarına. Əlləriylə özünü sıxıb dəlicəsinə öpməyə başladı. Artıq əriməkdə olan şam əqrəbləri bir kənara qoyub Gənc yazarın qanıyla yarışa girmişdi. Ehtiras dolu öpüşlər....artıq hər ikisinin üzərində paltar yox idi. Qan dolu gölməçəli yerə uzandılar, oğlanı qucaqlayıb daha da çox öpməyə başladı. Bunlar “Qara Qələm” in yazdığı son misralar idi....

Artıq şam sönmüşdü.....

Saatlarla düşünürdü o anda. Artıq düşüncələr qalmışdı yaddaşında, bir də köhnə xatirələr....Bir fahişənin göz yaşları qədər yalan idi sevgi. Boş güzgünün qarşısına keçdi, güzgüdə öz əksini görmürdü. Yox olmuşdu, silinmişdi üzü, siması... O tək idi yalanlarla, özünə təskinlik verirdi, aldanmışdı. Hamının xoşbəxt olacağı  gərçəyi yoxdu...amma mənim də bədbəxt olmağa nə haqqim var idi ki?!-deyə düşündü... Sevməyən birinə aşiq olmaq....şəhər küçələrində,tinlərdə  dilənən dilənçilərtək sevgi gözləmək heç sevməyən birindən....boş bir zaman axarında vicdanıyla üzbəüz qalmaq....olmurdu...geri dönüş də yox idi...çox sevdiyi birini itirmək...bir yiğin zibil idi sevgi və sevmək...nifrət etmək birinə hec düşünmədən gerisini.... Bunları  düşünə düşünə onun soyuq bədəninə  yaxınlaşdı...qaranlıq otağın ortasında ay işığında onun üzünü tapdı  əlləriylə....soyuq bəmbəyaz üzündə son dəfə  əllərini gəzdirdi...ruhu bədənindən çıxsa da sanki sevgisi qalmışdı  deyə sarıldı son dəfə....sevgi dolu baxışlar bir ruhsuz bədəni bu qədərmi narahat edərdi?!

Əgər ruhun zorlanıbdısa bədəninin bakirə olmağının bir anlamı yoxdur ©



... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+27=
Hesaba giriş
Müəllif

Oktay Bukowski
Əlaqə
E-mail:
djin306@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0383 saniye