Qara qürur
Təbriz İslam tərəfindən "Şeir" bolməsinə 04:52 27 aprel 2012 tarixində əlavə olunmuşdur

Ah, yenə iyirmi Yanvar, yenə qara baxtımız,

Səhər açılar-açılmaz qara geyinən şəhər

Qurban gedən körpə canlar, tapdalanan haqqımız,

Yenə  qara buludlarla açılan qara səhər.

 

Anaların qəm, fəryadı, bacıların göz yaşı,

Yenə də sızladır qəlbi ağrıdır ürəkləri.

Niyə oldu qanlı gecə, kim başladı savaşı?

Necə öldürdünüz, necə... o qəlbi kövrəkləri?

 

Bu savaşmı, savaşarmı,  bir de görüm qadınlar?

Bəs o öldürülən uşaq, qoca, gəlinlər necə?

Necə qıydınız, ah, necə... bu millətə satqınlar!?

Savaş deyil faciədir, qətliamdır bu gecə.

 

Qırmızı orduydu bizi al qan eləyən.

Şəxsi maraqları üçün can alıb kef eləyən

İnsanlara atəş açıb, eli qana bələyən,

Varmı heç bir qulaq asan , haqqımızı  dinləyən?

 

Bəs hanı sizin cəzanız hanı o haqq-ədalət?

Bəs, bu haram azadlıqda yaşamaq halalmı sizə?

Bağışlarmı, unudarmı faciəni bu millət,

Niyə qandal vurulmayır o qanlı əlinizə?                                   

 

Qara yanvar bu xalq ücün yaşıl bir işıq saçdı,

Bu işıqla azad oldu  yenə də ölməz xalqım.

Mərd oğullu azad vətən gör neçə çiçək açdı,

Yağı düşmən,  öz yurdunu  səninlə bölməz xalqım.

 

İllər ötür, dərd azalmır üstünə də dərd gəlir.

 Nəmərd düşmən düşünmə ki, xalq üstünə pərt gəlir!

 Qisas qalır, qəm soyumur il ildən də sərt gəlir,

 İgid xalqım dönməz geri, qalxıb indi mərd gəlir.

 

TƏBRİZ İSLAM

       20.01.2012

 

 

 


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Təbriz İslam
Haqqında

Əlaqə
E-mail:
tebriz_islam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0241 saniye