Sən rəngə bax,adı qara,adam qorxur qarasından,
Bəlkə bilmir,xəbəri yox onun böyük mənasından.
Oğuz oğlu Qara Çoban qan qusdurdu kafirlərə,
Qara Yusif öz gücüylə sipər oldu Teymurlərə.
Bu dövlətin adında da bir məna var-Qaraqoyun.
İnsan olan heç danarmı adı kimi kökün,soyun?
Min illərlə at oynadıb igidlərim Qarayazı çöllərində,
Qara güllər açıb indi,adı başqa dillərin də.
Adı Qara,Qarayevin məşhur olub musiqisi,
"İldırımlı yollarilə"zəngin oldu ölməz irsi.
"Qara dastan"yazdı Almaz Qoca Türkün dərdlərinə,
Həsrət qaldı doğulduğu doğma Qala kəndlərinə.
Qara zurna,"Cəngi"səsi elimizin şad günüdür,
Əllərimiz qaraqabar,"qara kəlim" ümidimdir.
Qaragözlü gözəllərin vəsfinədir qəzəllərim,
Yanağında qara xal var,qoşa gəlir gözəllərim.
Budur qara-böyük sözün özü kimi böyük adı...
...Rəng kimi ad qazanmadı,o,möhtəşəm olamadı.
Qara rəngin mənasında yox bu vüqar,bu əzəmət,
Bu rəng heç vaxt bir kimsəyə gətirmədi xoş səadət.
Qara çadır,qara fikir,qara ölüm,qara zolaq...
Qaradonlu kafirlərin caynağında..Ah,Qarabağ.
Şəhid oldu uğurunda neçə igid qəhrəmanım.
Qara xəbər qara yeltək əsdi yurdda,necə danım?
Qarabağın qara bəxti açılmaz bir düyün oldu,
Qaragünlü qaçqınlarım həsrətindən gültək soldu...
İndi hansı sözü bilək özümüzə bir təsəlli.
Qarabağın ətəyindən tutmalıyıq ikiəlli.
Qara rəngi qarayaxa,qara ləkə kimi silək
Qara kimi böyük adı yaşadaraq fəxr bilək...
27.06.2014.Zərdabi.Mövlud Ağamməd.