Qarabağ gözəli
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 23:42 09 aprel 2014 tarixində əlavə olunmuşdur

                           Qarabağ    gözəli 

     Toyumuz olacaqdı , hər  şey  hazır  idi . Hər  ikimiz  çox  sevincli  idik . Qəflətən  atəş  səsləri  eşidildi . Şəhərə  səs   yayıldı . Ermənilər   hücum   edir . Silahları əvvəlcədən  müsadirə   etmişdilər . Əlbir  olub  bir  ayı  bir  şir  ilə - nəysə o  məsə-lə.  Özünüz  anladınız  hər  şeyi . günahsız  insanlar  vəhşiliklə  rastlaşır . Tanrını axtarırdılar . Sevgilim  gəlinlik  donunda  gözəl  görünürdü . Bizə  yaxınlaşdılar . Qaçacaq  yerimiz  yox  idi . Bütün  şəhər  mühasirəyə alınmışdı . Məni  döydülər .  Qabırğalarımın  sındığını  hiss  etdim . Ciyərlərim də  zədə  almışdı . Sonra əl – qo-lumu   sarıyıb   ağaca  bağladılar .  Sevdiyim  qıza  heç  cür  kömək  edə  bilmirdim . Çirkin  görünmək  üçün  üzünə  toz – torpaq  sürtürdü . Saçlarını  da  çirklənkdirmişdi . Əclaflar  ona  yaxınlaşdılar . Donunu  cırdılar . Gözlərimi  yummuşdum . Bağırırdım var  gücümlə . Amma  əlimdən  heç nə  gəlmirdi . Bəzən  rahat  ölüm  həyatının  ən   böyük  uğuru  olur .  Bədənimə  köz  basıb  gözlərimi  açmağa və  sevgilimə  baxmağa  məcbur  edirdilər  məni . Ayaq  dırnaqlarımı kəlbətinlə çıxarırdılar . Var  gücümlə  bağırırdım . dözə  bilmirdim – sevgilimin  təhqir  olunmasına dözə  bilmirdim .                                                                                           Bizi  öldürmədilər , sanki  bütün  həyatımız  boyu  bu  ləyaqətsizliklə  yaşayacağımızı  istədilər . O bacarmadı ,məni  sarğıdan  azad  etdi , əllərimi   açdı . Və  daha  sonra  yerdəki  şüşə  qırıntıları  ilə  damarlarını  kəsdi . Həmin   gün  Tanrının insan sevgisi öldü . bu  hadisədən 22  il  ötür . Hələ də  bu  vicdan  ləkəsi  ilə  yaşayıram . Bütün  dünyaya hayqıraraq öz ləyaqətindən , hansısa  dəyərlərindən  danışan  xalq  analarını , bacılarını , qadınlarını  qoruya  bilmədi  .axı  niyə 22  ildir özümü  öldürəcək  qədər  cəsarətim  yoxdur . Vicdan əzabı  onsuz  da  öldürür  məni . Bu  yazının  son   nöqtösini  qoyandan  sonra  başıma  güllə  çaxaraq  həyatla  əbədilik vidalaşacam . Son  10  saniyə  və  əlvida . .

 

                   


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
3+20=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0307 saniye