Tapdaq altındadır yurdum, vətənim,
Yaman sızıldayır elim, Qarabağ!
Acizəm, nə edim, bağışla məni,
Yetişmir əlinə əlim, Qarabağ!
Mənim doğma yurdum, elim, Vətənim,
Bir dəfə səslə sən gəlim, Vətənim,
El obam, çəmənim, çölüm, Vətənim,
Torpağın qoxlaram gülüm, Qarabağ!
Sənlə qovuşarıq, darıxma, bir vaxt,
Düşmən qura bilməz torpağımda taxt,
Gedər başın üstdən bu duman, bu baxt,
Ürəklə söyləyər dilim-Qarabağ!
Nə qədər sürəcək bu nalə, bu ah?
Ahı yerdə qoymaz o Qadir Allah,
Gedəcəm döyüşə əlimdə silah,
Həsrətdən ağarıb telim, Qarabağ!
Sən gör bu İlkini bir igid kimi,
Xainlik etmərəm mən yezid kimi,
Arzum var mənim də bir şəhid kimi,
Can verim yolunda ölüm, Qarabağ!
Müəllif İlkin Abbas