Qarabağım yad əllərdə...
Ay həzarat,günlərimiz yamandı,
Torağımız işğal altda, virandı,
Gözləyirik imdad neçə zamandı.
Dərdi-qəmdən heyva kimi saraldıq,
İşləməkdən gün altında qaraldıq.
***
Kimi ömür sürür keyfi-damaqda,
Kimisi də gəzir yırtıq-yamaqda,
Başımızda çatladı bu çanaq da.
Toxun acdan bir xəbəri olmaz ki,
Quyuya su tökmək ilə dolmaz ki.
***
Neçə vaxtdır torpağımız yağıda.
Duman alıb doğma Qarabağı da
Viran qoyub,fikri budur,dağıda,
Bir biləydik nələr oldu,nə oldu,
Analarım şivən edib saç yoldu.
***
Bu davada şəhid oldu Mübariz,
Fərid,Əlyar,Salatın,Alı,Çingiz,
Saymaq ilə qurtarmaz ki cərgəmiz,
Tökülən qan yerdə qalan olarmı?
Onları da yada salan olarmı ?
***
Ulu Tanrı,güvənirik adına,
Sən çatarsan bu millətin dadına,
Düşdü mənim,hamımızın yadına-
Cıdır düzü,İsa bulaq hardadır?
Ağdam,Laçın,Kəlbəcərim dardadır.
***
Kərkicahan,Xocalının qisası,
Alınmayıb,sözün düzü,qısası.
Sağalmayıb Füzulinin yarası.
Hanı igid oğulların nərəsi,
Qaçqın düşüb,bir yandadır hərəsi.
***
Qarabağda at oynadır dığalar,
Belə getsə,kədərimiz dağ olar,
Bu yaralar,görən,nə vaxt sağalar?
Qələbəni qazanarıq qan ilə,
Hür yaşarıq şöhrət ilə,şan ilə.
***
Min illərdir,günlər gəlib gedəndir,
İgid, vətən üçün candan keçəndir
Pis günlərin ömrü azdır,bitəndir.
Yaxşı günlər arzulayaq ağ olsun,
Kefimiz kök,damağımız çağ olsun.
11.05.2014.Zərdabi.Mövlud Ağamməd.