Qarabağın bəxti qara...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:20 14 dekabr 2014 tarixində əlavə olunmuşdur

Qarabağın bəxti qara.....

Qarabağın bəxti qara,
Sinəsində çarpaz yara.
Danışıqlar gedir hara?
Ya Rəb dərdə çarə yoxmu?
***
Torpaqlarım işğal altda,
Bir daş üstdə,bir daş altda.
Gecələri rahat yat da...
Ya Rəb,dərdə çarə yoxmu? 
***
Vətən darda,biz hardayıq?
Hər gün gözdə-qulaqdayıq.
Elə bil ki,yuxudayıq,
Ya Rəb,dərdə çarə yoxmu?
***
Qaçqın düşdü obam,elim,
Bölündülər bölüm-bölüm.
Uzadıram,çatmır əlim,
Ya Rəb,dərdə çarə yoxmu?
***
Şəhid oldu Mübarizim,
Yeri harda kəndimizin?
Sürünərəm dizin-dizin,
Ya Rəb,dərdəçarə yoxmu?

21.04.2013.Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+5=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0306 saniye