Qaranlıq gecə
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 21:14 25 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Yenə bu səhər eyni abu-havada oyandım. Kefsiz, acı dil və bir aydır saqqalımı qırxmayan dərviş kimi idim. Evim dağınıqdır, yığışdırmağa həvəsim yoxdur, həmdə bura gəlib-gedən yox idi. Əlimə bir siqaret götürüb, pəncərənin kənarında dayanıb tüstüləməyə başladım. Stolumun üstündəki qırıq qələmi götürüb, yarımçıq qalan şeirimi tamamlamağa çalışdım. Kədər boğdu məni, şeiri anama həsr edirdim. Anamı və atamı qaranlıq bir gecədə, ölmüş bir vəziyyətdə, ruhlarını tanrıya qovuşduran anda tapmışdım. Polis tərəfindən verilən məlumata görə, anam və atam bir şəxs tərəfindən güllələnmişdi. Ailəmi itirən vaxtdan, iki ay sonra polis qatili tapmışdı. Məlum olmuşdu ki, atamın qatilə külli miqdarda borcu var idi. Atama görə anamda həmin axşam borcun ucbatından öldürülmüşdü. O, vaxtdan etibarən ailəmin öldürüldüyü yerdən uzaqda bir ev aldım. Həmdə o məkanda sevdiyim bir qadın var idi. Amma o evdən köçdüyüm zaman sevgilimlə dalaşmışdım və ayrılmağa məcbur olduq. İki otaqlı, cismimi isidəcək kiçik bir ev tapdım. Bu evə köçdüyüm vaxtdan etibarən, tez-tez anamı və atamı yuxularımda görürdüm. Hətta bu səhərdə yuxuda ailəmin cəsədini görməklə ayıldım. Keçən gecə də yuxuda anamın məni səsliyərək köhnə evimizə getməyi bildirmişdi. Əslində bu gün gecə getməyi düşünürdüm...
Saat 22:00... Gözlərim doldu. Hal-hazırda mən ailəmin öldüyü məkandayam. Evi satmamışam. Heç satmaq fikrimdə yoxdur. Pilləkənlərlə yavaş-yavaş qalxmağa başladım. Əlimi cibimə atıb açarı çıxartdım.Əvvəllər iki açarım var idi. İndi isə bir açarım qalmışdı. Düşünürdüm ki, bu evdən uzaqlaşan zaman otaqların birində açarı yerə salmışam. Həmin zaman köhnə sevgilimlə dalaşırdım, başımı tamamilə itirmişdim. Evin qapısını açıb içəri keçdim. Bu zaman tüklərim biz-biz durdu. İçəridən pis qoxu gəlirdi. Hardasa bir ay olardı ki, bu evə gəlmirdim. Yataq otağıma doğru irəllilədim. Gördüyüm mənzərədən dizlərim yerə çökdü, gözlərim doldu və var gücümlə qışqırıb ağlamağa başladım. Bir ay bundan qabaq ayrıldığım qız, indi mənim yataq otağımda tavandan asılı bir vəziyyətdə qalmışdı.Yenə gecə və yenə bir cəsəd gözümün önündə canlanırdı. Yerdə bir məktub gördüm açıb oxudum. Gözlərimdən yaş damla-damla süzüldü. Bu dəfədə qəlbini qırdığım bir insanı itirdim.Məktubda yazıdan əlavə qələm ilə çəkilmiş qırıq bir qəlb var idi. Anamı və atamı həmin gecə itirdiyim gündən bir gün qabaq da anam mənə əsəbi idi. Qəlbini qırmışdım. Bu evdə qalmasını istəmirdim. Oda həmin gecə evi tərk etmişdi. Anamın mənimlə bu evdə qalmasının səbəbi, atam ilə tez-tez dalaşdığı üçün, ondan bir müddətlik aralı qalmaq istədiynə görə bu evə gəlməli oldu. Məndə nevroz olduğum üçün anamla həmin gecə dalaşdım və bu evi tərk etməsini çaşaraq dedim. Anam evdən çıxdıqdan yarım saat sonra arxasıyca qaçdım və yerdə atamın və anamın ölmüş bədənlərini tapdım. Atamın bu evin yanında cəsədini tapdıqda, ağlıma gələn fikir bu oldu. Yəqin ki, anamla barışmağa gəlirdi. İki qəlb qırdım. Üzr istəməyə vaxtım çatmamış onları itirdim. Əslində bura gələn zaman qız yadıma düşmüşdü. Fikirləşmişdim ki, görsəm onu bəlkə üzr istəyərəm. Çünki ayrılmağımızın səbəbi nevrozluğum üzündən olmuşdu. Yəni əsəbimi onun üzərinə tökmüşdüm. Beynimə növbəti cəsədin şəklini çəkdim, vicdanımın əzab çəkməsi üçün isə növbəti səhnəni hisslərimə yazmış oldum...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.024 saniye