Qaranlıqda Sevgi
Fuad Qurbanov tərəfindən "Şeir" bolməsinə 00:28 24 may 2014 tarixində əlavə olunmuşdur

Qaranlıq otaq,bir fincan kofe
Məcburi deyil qaranliq,sadəcə yanmır işiqlar
Yanmır kamen,donubdu bütün hissler
Yenə bir əldə qələm və sətir-sətir düşdüyüm sözlər

Gözdən yaş axıtsam,istəsəmdə alınmaz
Göz yaşı yanağımıda quruyub qalar
Belə soyuq olma bakı, belə əsdirmə tufan
Axı pərilərim ala bilmir  ilham

Belə gülmə üzümə,belə həsrətlə yaşatma məni
Bir az hirsli ol,ağlayım məndə boşaldım qəlbimi
Bir az da naşükür ol,Allah alsın gözəlliyini əlindən
Məndə təsəlli verim nə çirkindi deyim sevməyim səni ürəkdən

İstəyirəm şəkillər qədər yaxın olam sənə
Toxunmayım sadəcə nəfəsini alım içimə
Bir az göynətsin,bir az yandırsın,bir az da dağ çəksin ürəyimə
Bir az serxoş olum, edim gic-gic hərəkət amma bir az gec gəlim özümə

Men gördüklərimi yazıram ancaq həqiqət
Şəklinə baxıram,gözlərində bu necə zərifət
Gəl söhbətləşək mənə bir az özündün bəhs et
Məndə danışım gecələr ikimiz üçün necə dua etdiyimdən


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
Müəllif

Fuad Qurbanov
Haqqında

Əlaqə
E-mail:
fuad_1290@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0641 saniye