Axşam saat 10. Şəhərin mərkəzi görüntüsü. Əsrarəngsiz portret. Gözəlliyə rəng qatan sevgilər.
Mənsə yatağımda oturub isti yorğanıma bürünmüşəm. Biz tərəfdə işıqlar sönüb və artıq 1 saatdır ki, belə "analoqu olmayan" vəziyyət davam etməkdədir. Dərsdən çıxıb evə ayağımı basan kimi o dəqiqə söndü. Elə bil ki, mənim gəlişimi gözləyirdilər ha!
Pf! Bezdim uzanıb gözlərimi boş tavana zilləməkdən.
Qalxıb dizlərimi qucaqlayıram. Küləyin uğultusuna bax sən! Canavarın ulamasına necə də bənzəyir.
Təkəm. Ailənin tək övladı. Atamla anamın evliliklərindən 20 ildən sonra dünyaya göz açmışam.
Əynimdə isti pijama. Dovşanlı ayaqqabılarımı ayaqlarıma keçirdərək yavaşca zala gəlirəm. Atamla anam divanda əyləşib söhbət edirdilər. Daha sonra anam başını atamın çiyninə qoyub gözlərini qapadaraq məsumca gülümsədi. Atam mehriban sığalını anamın saçlarından əskik etmədən ara-sıra öpürdü də. Masada 2 şam yanırdı. Məni sezməmələri üçün geriyə qayıtdım.
Yatağımda girib yorğanıma büründüm. Telefomu əlimə alıb qulaqcıqlarımı taxdım. Mahnını qoşub xəyallar aləminə səyahət etməyə başladım. Baxmayaraq ki, sonuncu kursam və sabahkı ciddi dərslərə hazırlıqlı olmalıyam. Amma mən bunları heç vecimə almadan öz dünyamda idim.