“QARDA QAN İZİ” 2
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 20:40 18 dekabr 2019 tarixində əlavə olunmuşdur

“QARDA QAN İZİ” 2

 

(Milli-ideoloji, dramatik hekayə)

 

   “Qardaş etmə, mən də şiəyəm!” – deyə, son sözlərini dedi yazıq Elcan. Qatil onu dinləmədən, anlamadan qətl etdi. Qanı məsumluğunun və günahsızlığının fəryadı ilə sıçradı qar üstünə. O qar ki, hər yağdığında havanı, təbiəti özünə məxsus gözəlliyilə heyran edərkən günahkar insanların günahının da üstünü örtürdü sanki...

   Elcan bir ay bundan qabaq “SEPAH” adlı qurumun əməkdaşlarının xüsusi xəbərdarlığını almışdı: “Millətçilərlə, Amerika agentləriylə oturub durma!” - deyə, amma “agent” dedikləri Quzey Azərbaycandan gələn yaradıcı qonaq idi sadəcə...

   Elcanın Şimali Azərbaycanda qohumları, keçmiş tələbə yoldaşları və internetdən tanış olduğu dostları vardı. Ancaq Elcan Təbrizə o qədər bağlı idi ki, çox az-az gedirdi Quzey diyara. Burda bir kafe işlədirdi: İnternet kafe. Ancaq onu da gec-tez əlindən aldılar: “Kafirlərlə işbirliyi edirsən!” – bəhanəsiylə...

   Taleyin, qismətin, yazının, bəxtin “üzü qara olsun!” deyə, qarğış edilən; qocaların yorğun və bitkin baxışları altında onlarla yaşanmış acı hekayələrin nisgili yatan; tacirlərin, baqqalların ay sonunu gətirmək üçün var güclə çalışdığı, ancaq anbaan hökumət adamları tərəfindən min bir bəhanələrlə soyulan; qızların və gənc oğlanların “himayə edildiyi” pirlərdə, ocaqlarda ağlagəlməz dəhşətli hadisələrin baş verdiyi; mollaların “şəriət” deyə gündə bir yazıq qadını “siğə” etdiyi və daha neçə-neçə insanlıqdan uzaq əməllərin baş verdiyi, ancaq qıraqdan baxıldığı zaman “İslam ölkəsi” sayılan yer idi İran adlanan cəhənnəm...

     Sanki bu yerə tanrı küsmüş, Allah incimişdi. İnsanları zalım fələyin güdazına qoymuş, qan qoxan güllərin bitdiyi bağçaların sahiblərinin “dualarında” ancaq “13-cü imam” şərəfinə verilən ziyafətlərin murdar qəhqəhələri və tükürpərdən acı nalələr eşidilirdi. Onların bir hökmü vardı: “biz ki deyilik rəiyyət, bizlərə nə şəriət!”. Öz murdar əməlləriylə İslama ləkə olan, Həzrəti peyğəmbərin adını “pul qazanmaq, varlanmaq, güc yığmaq vasitəsi” edən “din xadimlərinin” kef məclisi idi bütün “Allah evləri”...

   Onlar sanki Uca Yaradandan da qorxmurdular artıq. İblislə bir yatağa girib onunla eyş-işrətdən baş aça bilmirdilər çünki. Kim haqqı söyləsə onlar üçün “kafir, din düşməni”, kim yalan danışsa onlar üçün “müqəddəs” idi. Onlar şəxsi maraqları üçün hər şeyi qurban verməyə hazır olan fahişə ruhlu bir irqin nümayəndələri idilər. Hansı ki, 1925-dən bu yana hakimiyyətə sahib olmaq üçün bütün xarici qüvvələrin gecə əyləncəsi olmağa, seks oyuncağına çevrilməyə razı idilər. Bəli 1979-da hakimiyyətə gələnlər də xislətinə görə əvvəlkilərdən fərqlənmirdi...

   Belə bir şəraitdə ölkənin yarıdan çoxunu təşkil edən böyük bir milləti də zillət içində saxlayırdılar. Öz dilində təhsil, öz dilində ad qoymaq, öz yurdlarında işləmək, pul qazanmaq, öz ailəsini dolandırmaq üçün yaxşı işlərdə işləmək arzularından uzaq salınmış “kafir Türklər”. Bəli, hakimiyyət üçün onları incitmək, döymək, aşağılamaq, yaralamaq, hətta öldürmək üçün yeganə bəhanə idi Türk olmaq...

     Elcan və onun ailəsi zülm görənlərdən yalnız biri idi. Ölkədə çox sərt qaydalar və dini diktatura hökm sürürdü. Bu rejim öz haqqını tələb edən hər kəsi günahkar sayır, zülmə boyun əymək üçün insanlara dəhşət saçırdı. Mübarizə aparmaq isə haradasa mümkünsüz idi. Çünki qıraqdan onlara heç bir dəstək yox idi. Özünü “milli” sayan bəzi iş adamları, dövlət xadimləri belə Rejimlə qol-boyun olmuş, doğrunu danırdı. Məhz buna görə Elcan kimiləri daima hədəf olur, asılır, qətl edilirdi.

     Məlum faciə baş verməmişdən öncə “Şimaldan gələnlər” ciddi nəzarətə götürülmüşdü. Məhz müstəqillik yanğısı idi Tehranı qorxudan. İllərlə müxtəlif bəhanələrlə sərhədlərin bağlanması, gəliş-gediş üçün şəraitin çətinləşdirilməsinin tək səbəbi Quzey Azərbaycan kimi Güneyin də bir gün azad ola bilmə ehtimalı idi. Çünki “farsbaş”-lar yaxşı bilirdilər ki, tarix təkrardan ibarətdir və Türklər tarixdə heç bir vaxt zülmə birdəfəlik boyun əyməyən, Tanrı haqqı üçün daim savaşan millət idi. Gec-tez hər şey yenidən dəyişəcəkdi: zülm səltənəti İran viran olacaq, Haqq dövləti Turan qurulacaqdı – gec-tez bu baş verəcəkdi. Çünki bunu Ucalardan Uca Yaradan istəyirdi...

   Güneydə baş verənlər haqqında bütün Türk dövlətlərinin Kəşfiyyat qurumlarında xeyli məlumat olsa da, ölkələrdəki daxili problemlər (xüsusən xaricdən qaynaqlanan) o qədər idi ki, kimsə öz evinin içi qala-qala qonşunun, qardaşın dərdinə yana bilmirdi. Başda Türkiyə olmaqla, bütün Türk dövlətləri illərdir onları saran yoluxucu xəstəlik kimi dəhşətli siyasi məsələləri həll etməyə çalışırdı. Məhz bu durum Güneyin dərdinə çarənin olmaması düşüncəsi yaradırdı insanlarda. Ümid yalnız Allaha idi.

   Ancaq millərdir gizli fəaliyyət göstərən, amalı, məqsədi Türklüyü, Türk dövlətçiliyini yaşatmaq, qorumaq olan bir qurum qeyri-rəsmi yollarla Güneyə də, eyni durumda olan Kərkükə də, Qaşqaya da, Xorasana da, Kırıma da, Uyğur elinə və bütün digər zülm görən Türk yurdlarına da əlindən gəldiyi qədər yardım edirdi. Bu yardım zalım hökumətlərin diqqətindən yayınsın deyə, bəzən nəzərə çarpmayacaq qədər gizli, bəzən də savaş anlarında intiqam planı idi.

   Elcan və onun ailəsinin bir gecədə qətlə yetirilməsi xəbəri özünü çox gözlətmədi. Bakıda fəaliyyət göstərən və mərkəzi aparatı kimsəyə bəlli olmayan, bütün Türk kəşfiyyatları ilə əlaqəsi olan gizli təşkilat öz peşəkar nümayəndəsini – dəfələrlə bu kimi onlarla tapşırığı uğurla yerinə yetirən Orxanı xüsusi bir gizli planla əməliyyata göndərdi.

   Orxan qısa müddətdə hər şeyi araşdırıb rəhbərliyə xəbər verdi. Sən demə, faşist ruhlu Tehran rejimi Quzeydə yaşayan bir milli yazarın izindəymiş. Günlərin bir günü Elcanın bir dostunun vasitəsilə o yazar Güneyə gəlir və yeni kitabı üçün məlumat əldə etməyə qərar verir. Bir neçə gün Elcangildə qonaq olan yazar bir müddətdən sonra Güney Azərbaycanın bölgələrini gəzib səyahət edir. Savalan dağının ətəklərində bir qış gecəsi bir kənddə qonaqlayır və burada bir neçə milli fəal ilə tanış olur. Hakimiyyətin təzyiqinə tuş gəlməmək üçün dağlarda gizlənən fəallar ancaq xüsusi vasitələrlə, aradabir “gün üzünə çıxmaqla” fəaliyyətlərini davam etdirirlərmiş. Çünki onlardan öncəkilər rejim tərəfindən məhkəməsiz filansız asılıb. Bütün bunları yazar öz dəftərinə qeyd edir və onlara söz verir ki, Quzeyə dönər-dönməz hər şeyi mətbuat vasitəsilə açıqlayacaq, qəddar hakimiyyətin mənfur əməlləri gizlin qalmayacaq! Yazar bir müddətdən sonra Bakıya qayıdır və fəaliyyətə başlayır. Bu ərəfədə Güneydə o yazarın görüb görüşdüyü hər kəs SEPAH tərəfindən təqib olunur. Elcangilin ailəsinin də günahı məhz o yazarı bir neçə gün evində qonaq etmək olur...

   Araşdırmalarından dəhşətə gələn Orxan düşmənə qarşı böyük qəzəb və intiqam hissiylə yaşayır. Bir neçə günün içində məlum olur ki, SEPAH-ın Güney Azərbaycan Türkləriylə əlaqəli, onları daim təzyiq altında saxlayan özəl bir komandası var. O komanda hətta rəsmi işlərdən uzaq narkotik, qaçaq silah, orqan ticarəti, saxta pul istehsalı və dövriyyəsi kimi bir çox qanunsuz əməllər sahibidir. İran adlanan ölkənin bir çox yerində xüsusi bazaları olan komandanın Quzey Azərbaycanda da adamlarının olduğunu, Azərbaycan dövlətinə qarşı anti-milli təbliğat aparıldığını və gəncləri zəhərləmək üçün külli miqdarda narkotik vasitənin Quzey ərazisinə keçirildiyini öyrənən Orxan gizli bir əməliyyatla hücuma keçdi.

   Qısa müddətdə həmin komandanın bir neçə rəhbər üzvü aşkarlanıb gizlicə məhv edildi. Orxanın bağlı olduğu təşkilat düşmənə qarşı olduqca amansız və hədəfində qətiyyətli idi. Odur ki, bir ay ərzində qanunsuz fəaliyyət göstərən komandanın əsas heyəti müxtəlif yerlərdə, fərqli tərzdə (əksəriyyəti rəsmi orqanlar tərəfindən aşkar olunmasın deyə, “qəza” donu geydirilərək) öldürüldü. Sonda bir neçə yüksək rütbəli məmur qaldı. Onları isə gecənin qaranlığında vəhşi qurd kimi ova çıxan Orxan təqib edirdi...

   Qışın bitməsinə az qalmış hava sanki insanlardan intiqam alırmışcasına öz sərtliyini göstərirdi. Belə bir çətin şəraitdə və soyuq havada qarda yerimək zülm olsa da, hədəfini qaçırmaq istəməyən və məqsədinə nə olur olsun bağlı olan Orxan qətiyyətlə irəliləyirdi. Dağlarda isə ən vəhşi heyvanlardan daha qorxunc bir iqlim hökm sürürdü.

   Gecənin bir aləmində doğan ayın aydınlığı qarşısında cavahirat kimi parıldayan qar sanki murdar xislətli “Ağalar”-ı cəsur türk döyüşçüsünə hədiyyə etmək fikrindəydi. Ona görə kəndlərdən nisbətən uzaq bir ərazidə yaradılmış olan xüsusi hərbi düşərgəni Orxan böyük çətinlik olmadan tapa bildi. Bir təpədə gizlənib “ovunu” izləyən “qurd” bir neçə saat sərt havaya dözərək düşmənin ən zəif anını qovaladı. Və nəhayət növbə dəyişimi zamanı cəld hərəkətlə düşərgəni sərrast snayper atəşinə tutdu. Bir neçə dəqiqə ərzində bölgədə keşik çəkməkdə olan, onları dəyişməyə gələn, onlara əmr verən kim vardısa hamısı necə deyərlər, “cəhənnəmə vasil oldu”. Fars quldurları bir şey anlamadan ulu babalarının yanına getdilər. Bir tək generaldan başqa...

   Mənşəcə Azərbaycan Türkü olan Qasım bəy şəxsi mənafeyi və vəzifə xəstəliyi ucbatından farsa kölə olmuş, namusunu, qeyrətini, mənliyini satmışdı. Belə bir insanın məzlum Türklərin qatili olması Orxanı daha da hiddətləndirirdi. Odur ki, gənc kəşfiyyatçı onu sadəcə güllələməklə kifayətlənməyəcəkdi.

   Qasımın boynuna yoğun bir ip keçirib ipi də bir maşına bağladı Orxan. Sonra böyük qəzəb hissiylə qarda dörd nala çapan at kimi şığıdı. Bir neçə dəqiqə ərzində satqın generaldan bir neçə parça qalmışdı. Bəli. Qasım məhz əməlinə layiq cəzalandırılmışdı. İndi onun murdar qanı təmiz qar üstünə yayılsa da, asılan onlarla günahsız Türkün intiqamının alınmış olması Orxana rahatlıq verir və başqa heç nə haqqında düşünə bilmirdi. Bəlkə də bu yeni zəfər və ya böyük bir milli savaşın başlanğıcıydı – Güney Azərbaycan Türklərinin haqq savaşının...

 

ELŞƏN İSMAYIL

“Təbrizim” adlı bir mahnının təsirindən ilhamlanaraq...

  

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0571 saniye