Qardaşlıq borcu
Elvin Nagi tərəfindən "Hekayə" bolməsinə 08:00 11 iyul 2014 tarixində əlavə olunmuşdur

Sizcə qardaşlıq nədir? kiminə göre eyni ata-anadan olmaq, kiminə görə birgə cörək kəsmək, kiminə görədə və s. və ilaxır.Ancaq qardasliq eyni bir şeyə sevinib eyni bir şeyə kəderlənməkdir mənə görə.Bizim qəhrəmanlarimizda qardaş idilər.Ən azindan olar bir-birlərinə elə müraciət edirdiler.Oların qardaşlığı iş yoldaşlığı ile başlamişdı.Hər ikisi institutda oxuyurdular ve simestr tətilində eyni restoranda işə düzəlmişdilər.Elşənin üç Vüqarın isə altıncı iş günü idi.Vüqar Elşənə birinci gəldiyi gündən qanı istilənmişdi.Onlar iş yoldaşı olaraq yaxşı münasibət qurmuşdular və camaatın tətilə rayonlara üz tutduğu bir vaxta niyə işlədiylərini bir-birlərinə demisdilər.Hər ikisinində pula ehtiyacı var idi əlbəttdə ki.Elşən qazandığı pulu atasının müalicəsi üçün aldıqları borca verəcəydi,Vüqar isə institut vaxti cibində pul olsun deyə işləyirdi.Yəni,Elşənin pula daha cox ehtiyacı vardı.Və bir gün Elşən əlində coxlu qablar olan podnislə gedən zaman istəmədən yıxılıb hamısın sındırmışdı.Restoranın müdiri cox sərt adam idi.Elə buna görədə müdirin Elşəni işdən qovacağını düşünən Vüqar bütün olanları öz üzərinə götürmüşdü.Vüqar Elşəni razı sala bilmişdiki o işdən qovulsa dünya dagılmaz ancaq, sənin daha cox ehtiyacın var.Elşən isə söz vermişdiki ona bu qardaşlıq borcunu mütləq qaytaracaq.
Həttda nəsə bir şey baş versin deyə ürəyində fikirləşib öz-özünə gülümsəyirdi.
Onlarin dostluqları cox irəliləmişdi.Özüdə gecə saat 04:00 də ciddi bir məsələyə görə bir-birlərinə zəng edəcək qədər.Birdən Elşənin telefonu zəng çaldı.O,ikinci çağırışdan sonra oyandı və gördü ki, Vüqar zəng eliyir.Elşən telefonu qulagına tutub batıq bir səslə dedi:
-alo
-alo Salam Elşən mənəm Vüqar.O, həyəcanli bir səslə cavab verdi
-hə Vüqar eşidirəm nə olub gecənin bu vaxti
-qaqaş sendə pul olar mənə gətirəsən
-pul?nəqər təxmini?
-100
-olar ama o qədər pulu neynirsən
-sizin məhlə tərəfə gəlirəm düş danışaram
Elşən Vüqari bir-iki ağız söyə-söyə paltarını geyindi,saata baxdi 04:07 idi.Ayaq barmaqlarının üstündə gəzərək yiğdiğı puldan 100man götürdü və eyni qaydada qapiya tərəf yönəldi.Ehmalca qapını açıb içində evdəkilər oyanmasın deyə dua eliyib cölə çıxdı.Məhlədə onu iki nəfərlə birgə Vüqar gözləyirdi.O,hamiynan salamlaşdıqdan sonra Vüqara astaca dedi:
-nə olub,nə məsələdi
-sora danişaram,sən pulu gətirdin
-hə
-ver mənə
Elşən pulu cixardanda urəyi dözmədi o biri iki oğlana sizə nə lazimdi deyə soruşdu.Olardan biri -Vüqarın bizə borcu cavab verdi
-nəqədər 100 man
-yo 80di ancaq bizə bir şey tapşırıb
-nə
-dedimdə şey bunu diyərək o biri yoldaşı ilə gülmeye basladilar
Elşən isə heç gülmürdu o Vüqara baxdi,-nə deyir bular! əsə-əsə sesi xırıldayaraq soruşdu
-ə sən bura mənə pul verməyə gəlmisən yoxsa mollaliq eləməyə
-sənin başın xarab olub men ona görə sənə pul zad vermirəm
cibindəki pulu oğlanlara uzaldib -alın bizə başqa heçnə lazım deyil dedi onlara da elbette bu serf eliyirdi ele getməy istəyəndə Vüqar oları saxladı sonra üzunu Elşənə tutdu
-qardaş nəolar söz verirəm bu sondu həm sən demirdin menim sənə qardaşlıq borcum var indi qaytar borcumu
-bele qardaşlıq olar?sənə pisdiy eliyib borc qaytaracam
-he denən versinlər
Elşən onun qolunu nece tutub gözlərinin icinə baxdığını gördü
-bir şərtlə!
-nə şərti?
-o zəhrimar məndə qalacaq birinci danişaq sonra
-o razılaşdı
Elşən belə eləmekdı məqsədi onunla danışıb bəlkə yola gətimək idi,həmdə iki dənə gədənin qabağında dostunu belə vəziyyətdə görmək istəmirdi.Narkotiki alandan sonra satıcılar getdi.Elşən narkotiki cibinə qoydu Vüqara məhlənin o biri, tərəfindəki oturacaqlara tərəf getməyi təklif etdi.Vüqar yenə razılaşdi.O,sanki yalı sahibinin əlində olan it kimi Elşənin arxasınca gedirdi.Onun bu halını görən Elşən isə paramparça olurdu dostunun qardaşı dediyinin bu qədər alcalmasına dözə bilmirdi.İndi onun axır vaxtlar niyə belə qəribə olduğunu onnan tez-tez pul istəməsini rənginin dəyişməsini daha yaxsi anlayırdı.Onlar oturacaq olan yerə catdi.Buna ən cox sevinən Vuqar idi,o,söbətin tez basdiyib qutarmasini istiyirdi.Elşən sözə başdadı
-ne qeder olar Elşən üzgün səslə
-cox deyil
bunnan sonra Vüqar cibinin siqaret cixardib yandirdi və cəkməyə başladi
-hardan dadandın
-qrup yoldaşimın belə işlərnən arasi yaxşıdı o tapdi
-niyə qoşuldun olara
-fikirdən
-nə fikri?
-nə fikri? inustut yeddi kəsr evdə hər gun ustumə gəlirlər birdə qızı biriynən gördum bəs elədi bu qədər səbəb
-sən o qeder acizsən əlacı bu zəhrimarda görursən
Elşən cibindən cixartdı,bu an Vüqarın gözləri parıldadı.Elə bildi onu vermək üçün çıxardıb ancaq Elşən ona şərt qoydu
-ya bu zəhrimar ya mən
-mən onu seçsəm sən məni burda qoyub gedəcəksən nə oldu sənin qardaşlığın
-mənim qardaşım onu yox məni seçər,indi de kimi seçirsən
-Elşən məni başa düş
Bu sözü eşidən Elşən gözləri dolaraq ayağa qalxdı.Əlindəkinin onun üstunə atıb dedi
-senin istədiyin qardaşlıq,sənə daha borcum zad yoxdu..........


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Elvin Nagi
Haqqında
Əlaqə
E-mail:
nagiyev.elvin@bk.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0325 saniye