Qarışıq cümlələr
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 22:11 30 dekabr 2015 tarixində əlavə olunmuşdur

Mənə bir yalan deyərsən həqiqətdən uzaq.
Vicdandan qorxaq, səmimiyyətdən kənar
Soyuq əllər ver üşütsün bədənləri
Ruhunu təslim et divarlara ,tənhalığın rəsmini çəksin.
Böyük şəhərlərin gülüşünü deyərsən
Əəzab çəkər xarabaya dönmüş tənha kəndlər
Ayaq izləri itmiş çığırlarıda otlar basır
Hündür zirvələrdə əriməyən qarlardır günəşə rəqib.
Köhnəlmiş xatirələr gözündə toz tutur,yaddaşın arxivində atılmış hisslər.
Qocalan fikirlərdə vicdan köynəyinə sığmır
Quruyan dərələrdə çaylarda lal olub
Quruda intihar edən balıqlarda .
Hündür mərtəbəli binalarda lovğalanır buraxmır günəşi şəhərə.
Kölgələrdə üsyan edir izləmir insanları
İşıqlarda qaranlıqda aydınlatmır uzaqları
Səmimiyyətdə isinməkçün deyil daha yaxşı parıldamaq üçün geynilir
Tozlu rəflərdə qışqırır ,sanki varlığını hiss etdirmək üçün
Deyərsən çılpaq qayalarda dalğaları qovub yas saxlayır
Tənhalıqdan yelkən açmış küləklərdə üşüməyə başlayır
Qələmdə sətirləri üsyana boğur vərəqlərdə
Nifaq toxumu əkir qanlı,qara torpaqlarda.
Qanadlarda qaldırmır artıq ruhları
Bezib cismlərdə , cəsədlər tək
Dörd divarın arasında boğulan fikirlər kimi
Şeirlərdə isitmir intahar edən gözləri.
Deyərsən soyuq və özgə dalğalarda çağırır yağışları
Ayaqlarda qaçışır mərhəmətli baxışlardan
Gecələrdə ,gündüzlərə qarışır keçmişin bir gününü sevərək
Dəli küləklərdə gətirəcək son baharın yarpaqlarını.


... dəfə oxunub
Qiymət: 10/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.031 saniye