Qarşıma çıxırsan yenə hər səhər..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:26 29 may 2016 tarixində əlavə olunmuşdur

Qarşıma çıxırsan yenə hər səhər,
Hər günüm beləcə keçir,sevgilim.
Nədəndir,baxırsan mənə birtəhər,
Baxışın nə məna verir,sevgilim?
***
Kədər də mənimdir,qəm də mənimdir,
Duman da mənimdir,çən də mənimdir.
O güllü gülüstan öz çəmənimdir,
O gülə sən məni yetir,sevgilim.
***
Mövludam, ömrümə doldu qəm,həsrət,
Eşqin cəfasını çəkmisən,əlbət.
Bir dünyam səninlə qalıb-məhəbbət,
Qaytar o dünyamı gətir,sevgilim.

5.12.1979.Axalkalaki.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0246 saniye