Qatilim
cəmilə tərəfindən "Esse" bolməsinə 19:18 24 aprel 2014 tarixində əlavə olunmuşdur

Bugün ya sabah gələcəksən deyə toxundurtmadım cəsədimə.Bax məni öldürdüyün yerdəyəm.Məni sözlərlə yaraladın.Xəyanətinlə kəsdin səni mənə bağlayan hissləri.Hətta işini dəqiqləşdirəsən deyə dönüb,yenidən aldatdın məni.Mənsə varlığınla nəfəs alıram deyirdim ya.Sevgili nəfəs almağın yaşamaq olmadığını yoxluğunda anladım.Gözləyirəm.Qatil sonradan gələr cinayətinin son anlarını izləməyə.Arxanda izlər buraxmısan amma.Kim görsə anlayır bunun sənin işin olduğunu.Gəl qəbul edirəm.Yenidən öldür məni.Ağlamazsan bilirəm.Yaşatdıqlarınla axıtdığım gözyaşlarımla yu məni.Əllərinlə qaz qəbrimi.Lazım gəlsə diri diri basdır keçmişin torpaqlarına.Hər səhər əlində xəyallarınla gəl məzarımın üstünə.Bilirsən çiçəklərdən daha çox sevərdim onları.Sən soy üzərimdən bütün günahlarımı,özümü sən yu.Söz dediğin nədir ki can.Ağzımın kiri.Bir də pambıq gətir yanında.Lal söyüşlərimin ərəfəsində qulaqlarını onunla tıxa.Gəl də təmizlə bütün izləri.Yaşa yenə həyatını sanki heç olmamışammış kimi.Soruşanlara sevirəm hələ də deyərsən.Dayana bilmərəm arxamca danışılanlara.Qoy bizi hələ də sevgili sansınlar.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.036 saniye