Qayıd ay ürəyim, gənclik çağına,
Çırpın bir gözəlin eşqiylə hər an,
Sevgi məktubunu göndər o qıza,
Gəlməsin cavabı, səndə alış-yan.
Qayıd ay ürəyim, xoşbəxt illərə,
Kədərsiz, qayğısız günləri yaşa.
Ötməsin saatlar, Ötməsin illər.
Elə o illərdə ömrü vur başa.
Qayıd ay ürəyim, cismimə qayıt,
Ağlım yarla gedib, sən barı getmə.
Boğulma bu eşqin qəm sularında,
Fikirlər qoynunda yox olub itmə.
Qayıd ay ürəyim, yenə sev-sevil,
Bağlama qapını gələn qonağa.
Hər kəsi fəfasız bilib, tanıma,
Əsil eşq əhlinə canım sadağa...