Qəfəsdəki Məhbuslar. Şizofren Dedektiv
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 16:39 23 may 2019 tarixində əlavə olunmuşdur

Şizofren Polis (Bleyk Hernandez) kimdir?

 

 

Bleyk Hernandez İp-918 həbsxanasında olan məhbusların bir çoxunu həbs edərək bu həbsxanaya yollatdıran insandır. Buna görə də demək olar ki, bütün məhbuslar ona nifrət edirlər və öz qisaslarını almaqları üçün qiyam anını gözləyirlər. Ancaq bu qədər düşmənlərin arasında ən çox mübarizə apardığı kimdir? Əlbəttə ki, ən böyük mübarizəsi özünə qarşıdır.

Bleyk ən sonuncu dəfə arxasınca düşdüyü silsilə qətllər törədən qatilin sonralar özü olduğun anlayır və təslim olmağı qərara alır. Onu ilk başda ruhi xəstəxanaya yollasalar da xəstəxanadakı həkimləri dəhşətli şəkildə öldürdükdən sonra onu da özü kimi təhlükəli cinayətkarların arasına yəni İp-918 həbsxanasına yollayırlar.

 

Qəfəsdəki Məhbuslar romanından bir hissə:

Vampir Cek onun nə hisslər keçirdiyini bilə bilməzdi. Qan hərisi olan adamı, arteriyalardan başqa heçnə maraqlandırmırdı. Ən böyük arzusu onu bu cəhənnəmə sürükləyən bu xəfiyyənin axırına çıxmaq idi. Özünü saxlamağa çalışsa da qiyamın son 1 günü üçün dözə bilmirdi. Həm də ola bilsin ki, qiyam günü bunu etmək çox çətin oldu. Uzun sürən sayrışan hallarından sonra axır ki, bir qərarra gələ bildi. İş sabaha qalmayacaqdı. Uzandığı yatağın divar tərəfdəki küncünə yavaşca əl uzatdı. Barmaqları ülgüc kimi iti olan kəsici bıçağa dəymişdi. Barmaqlarıyla bıçağa toxunaraq Bleyk Hernandezin yuxuya getməsini gözləyirdi. Beyninin dərinliklərində saatın əqrəbləri kimi şaqqıldayan saniyələri sayırdı. 

Sanki Bleyk Hernandez ona sarı gələn kölgəni hiss eləmişdi. Kölgə yavaşca bir ruh kimi onun arxasından keçdi. Artıq Bleyk də onu hiss etmişdi. Yanına yaxınlaşaraq əllərini ona tərəf uzatdığı an Bleyk cəld yerindən çevrilib özünü müdafiə etdi. Yumruqla gələn ilk zərbədən özünü qorumaq üçün geri çəkildiyi zaman beli divara dəydi. Bu onu bərk ağrıtsa da yaşamaq uğrunda mübarizəsinə son verə bilməzdi. Gələn zərbələrdən üzündə dəhşətli cırmaq izləri əmələ gəlmişdi. Özünü bir az da kənara itələyərək öz yatağından yerə yıxıldı. Amma hələ də xilas ola bilməmişdi. Üzünə dəyən cırmaq yaralarından qan axmağa başlamış, bütün üst-başını al qırmızıya boyamışdı. Boğulduğunu hiss edirdi. Artıq nəfəs ala bilməz hala gəlmişdi. Nəfəsini dərərək kömək istəməyə belə gücü çatmırdı. Xırıltılı səslə öskürməyə başladı:

-Kömək, mənə, xaaaaahiş...

 

Bu sözləri eşidən heç kim onun nə demək istədiyini anlamazdı. Bleyk son anda özündə güc taparaq özünü arxaya yatağın altına saldı və qışqırdı:

 

- Yalvarıram mənə kömək edin! 

 

Bağırtı səslərini eşidən nəzarətçilər cəld Bleyk Hernandez və Vampir Cek Bronzun qəfəsinə tərəf qaçdılar. Qəfəsdən içəri baxdıqları zaman yatağın altına girmiş Bleyki və otağın digər küncündə şok vəziyyətinə düşmüş Cek Bronzu gördülər. Cek Bronz hələ də nə olduğunu anlaya bilməmişdi. Başa düşə bilmirdi axı nəyə görə Bleyk Hernandez birdən birə atılıb öz üzünü cırmaq-cırmaq doğramışdı. Axı nəyə görə özüylə belə bir döyüş başlatmışdı?

 

Nəzarətçilər qapını açaraq Bleyk Hernandezə yaxınlaşdılar. Əllərini uzadıb onu yatağının altından çıxartmaq istəsələr də özünü müdafiə edərək nəzarətçilərə təpik atmağa başladı.

 

- Yox, yox toxunma mənə yalvarıram köməy edin! - daha da möhkəm səslə qışqırmağa başladı. 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0232 saniye