Qəfəsdəki quş
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 01:33 20 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Başqasına azadlıq ver – özün də azad olarsan.
Rabindranat Taqor


Sevincin ad günü idi. Atası ondan ad günü hədiyyəsi olaraq nə istədiyini soruşdu. Balaca qız bir quş istədiyini dedi. Atası razılaşıb balaca qızı ilə birlikdə tutuquşu almaq üçün zoomarketə getdilər və Sevinc gözəl quşların içindən ən çox bəyəndiyi mavi qanadlı yaşıl rəngli tutuquşunu seçdi. Tutuquşunu və ona lazım olan yemləmək üçün qidaları alıb dükandan çıxdılar.
Sevinc içində ad günü hədiyyəsi olan qəfəsi əlində yellədə - yellədə atasının böyük əllərindən tutub fərəhlə evə gedirdi. Atası da qırmızı don geyinmiş 7 yaşlı qızının özünü necə xoşbəxt hiss etdiyini görüb gülümsəyirdi.
Evə gələndə qız anasına atasının onun üçün aldığı ad günü hədiyyyəsini fərəhlə göstərdi. Anası da onun ad gününü təbrik elədi.
Qız dayanmadan həvəslə ilk günlər onunla daim məşğul oldu. Düzdü, tutuquşu çox səs-küy salırdı, elə hey ciyildiyirdi. Bəzi gecələr quş susmaq bilmirdi və evdəkiləri yatmağa qoymurdu. Hər gün balaca qız ona sözlər deyir, nəsə öyrətməyə çalışır və onun qayğısına qalırdı. Yemini əskik eləmirdi və onu öz canı, ürək dostu kimi sevirdi, qəfəsdə ona baxmaq xoşuna gəlirdi.
Bir gün qız gördü ki, quşun heç səsi çıxmır və tükləri azca-azca tökülür. Qız narahat olmağa başladı. İstəmirdi sevdiyi canlı ölsün. Bu onun tək əyləncəsi idi. O ölsəydi Sevinc ağlayardı, pis olardı. Qız istəyirdi ki, quş onunla olsun, birgə mahnı oxusunlar. Amma quş yavaş-yavaş günəşi görmüş qar kimi əriyirdi. Quş xoşbəxt deyildi.
Bir gün atasına işdən gələndə ağlamsınaraq dedi ki, “ Ata, mənim balaca quşum xəstələnib, deyəsən ölür. Gəl bir dəfə bax”.
Atası quşa baxdı və qızına üzünü çevirib dedi:
-Gəl, bu quşu buraxaq getsin. Qəfəsdən çıxaraq. Qoy azad olsun.
Qız:
-Yox, ata, yox. O getsə mən neyləyərəm?! Mən istəmirəm o getsin, o mənim yanımda olanda özümü xoşbəxt hiss eləyirəm. Mən onunla maraqlanıram, yemini verirəm, ona qayğı göstərirəm. Daha nə istəyir?
Ata danışmağa başladı:
-Bax, qızım. Biz kimisə seviriksə, onu qəfəsdə saxlamalı deyilik. Sevgi –azadlıqdı, zindan, qəfəs deyil. Sevgi qarşılıqlı olmalıdı, sevgi qarşılıqlı xoşbəxtlikdi. Sən özünü xoşbəxt hiss eləyə bilərsən, amma sevdiyin xoşbəxtdimi? Bəlkə sənin ona sevgin onunçün cəhənnəmdi. Görmürsən, o necə tənhadı? O sənin verdiklərinlə yaşaya bilər, amma xoşbəxt olmayacaq. Ona görə o ölür. Sənin sevgin onu qəfəsdə saxlayır. Sevdiyin quşun həyatının mənası isə uçmaqdı, azad olmaqdı. O, bu qəfəs üçün deyil. Sən isə onu sevə-sevə öldürürsən. Əgər həqiqətən onu sevirsənsə, quşu qəfəsdən azad elə getsin. Onda o xoşbəxt olacaq. Sənin eqoist sevgin onu məhv eləyir. Əgər sevdiyin xoşbəxtdisə, sən də özünü xoşbəxt hiss eləməlisən. Sevgi – bağlılıq yaradır, amma onu öz əsirinə çevirmir. Həqiqətən sevən adam sevdiyini dustağa çevirməz. Əsl sevgi bu deyil. Əgər belədisə, sən sevməmisən, sadəcə sevdiyini düşünmüsən. Quş uçmaq istəyir. Sən bunu başa düşməlisən. Quş üçün həyatının mənası UÇMAQDI. Bu onun AZADLIĞIDI. O uçmasa çox yaşaya bilməz. Biz onu qəfəsə salsaq, gec-tez öləcək. Biz onu anlamırıq. O azad olmaq, bu qəfəsdən uçub uzaqlara getmək və istədiyi həyatı yaşamaq istəyir. Amma biz onu qəfəsdə saxlayırıq.
-Axı, ata, mən onu çox istəyirəm. –qız deyindi.-O getsə mən nolacam? Onda mən pis olacam!
Ata dedi:
-Ola bilər,amma o heç vaxt sənin yanında, özüdə qəfəsdə xoşbəxt olmayacaq. Çünki... çünki onun məqsədi, həyatı uçmaqdan ibarətdi. Sən onun bu yaşama səbəbini əlindən alırsan və o yavaş-yavaş kədərlənir, bezir və ölür.
Ata qızın başını sığallayıb qucağına aldı və qəfəsdəki quşa yaxınlaşıb dedi:
-Sevgi elə bil fədakarlıqdı ki, birini xoşbəxt, digərini bədbəxt eləmir. Səni bu quş kimi qəfəsə salsalar, yaşama mənbəyin olan uçmaq üçün lazım olan sehirli qanadlarına qandal vursalar indiki kimi xoşbəxt ola bilərsən mi?
-Yox, ata, istəmərəm,xoşbəxt olmaram, –qız incik halda və məsumcasına etiraf elədi.
-Onda icazə ver qoy getsin. Sevdiyin geri qayidacaqsa, biləcəksən ki səni sevirmiş və unutmayıb. Əgər qayıtmayacaqsa da, bil ki, o haralardasa xoşbəxtdi. Sən heç nə itirmədin. Sadəcə ürəkdən sevdin. İndi onunla birgə sən də azadsan.
Ata quşu qəfəsdən çıxardıb, qızına verdin. Sevinc balaca əlləriylə quşu tutub son əlvida öpüşünü verdi və ... onu azad səmaya və parlaq günəşin təbəssümünə buraxdı. Quş uçub göylərdə lap uzaqlara getdi. Ata və qızı quşun ardınca göylərdə yox olana qədər baxdılar.
Sevinc artıq azad idi. 

30 mart 2014


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.03 saniye