Сahan bizə düşman, bizi qəflət sarıb, əfsus,
Hər gün gedirik uçruma, şil-kütlüyə doğru.
İnsan daha insana yad olmuş, - bu nə dövran?
Hər kəs səy edir şeytan ilə cütlüyə doğru.
Dünya qət edir zirvəni təhsildə, elmdə
Bizlər gecə-gündüz çalışır kütlüyə doğru.
Heykəl qoyub diz çökdük önündə, boyun əydik,
Tarix yenə təkrar olunur bütlüyə doğru.
Çılpaq bədən ilə mədəniyyət ucalarmış,
Bu minval ilə üz tuturuq lütlüyə doğru.
Cinan, bunu dünya tələb etmişdir, unutma:
Bundan da betər gün gələcək sərtliyə doğru.