Qəhrəman
Mehriban tərəfindən "Hekayə" bolməsinə 16:39 04 iyun 2015 tarixində əlavə olunmuşdur

Sizə həyatımı və düşüncələrimi dəyişən biri haqqında hekayə danışmaq istiyirəm. Adı Qəhrəmandı. 17 yaşı vardı. Mən onu son gördüyümdə qara kirpikləri yumulmuşdu. Keçən yay istirahət üçün gəncədən bakıya gedirdim. Avtobusda getməyi heç sevməsəmdə qatara bilet tapa bilmiyib məcbur avtobusa bilet aldım. Öz sıra nömrəmə baxıb yerimi tapdım. Pəncərə kənarına düşdüyümə görə sevindim. Avtobus yola düşürdüki bir gənc də gəldi. Öz yerini tapıb yanımda oturdu. Biz heç bir birimizə fikir vermədən oturmuşduq. Gecə olmuşdu, məni yuxu tutmurdu deyə başımı pəncərəyə söykəyib uzandıqca uzanan yola baxırdım. O isə qulağcıq taxıb yatmışdı. Beləcə bakıya səhər lap tezdən gəlib çatdıq. Sakitcə yığışmağa başladım Qəhrəman isə məndən qabağ hazırlaşıb getmişdi. Telefonum cibimdən yerə düşdü, əyildimki götürüm, yerdə qalın, üzü qapağlı dəftər tapdım. Qeyd yada iş dəftərçəsinə bənzəyirdi. Dəftərin ciddi görkəmi məni əmin elədiki içində nəsə sıxıcı şeylər var. Ağlıma gəldiki dəftər yanımda oturan gəncə aid ola bilər. Bilmirəm başqası olsa neyniyərdi amma mən o dəftəri ona qaytarmağı o an borc bilirdim. Tez tələsik avtobusdan düşüb o yan bu yana boylandım. Bu anda "xanım bacı hara gedirsiz" , "bacı 2 manata hara istiyirsiz aparaq" deyə deyə taksi şoferləri ətrafımı sardı. Zorla izdihamı yarıb axtarışa davam elədim. Birdə gözümə tanış qaraltı dəydi. Odur, taksiyə minir deyə yerimdən atılıb yüyürdüm ona tərəf. O vaxt yolun ortasında olduğumu, siqnallıyan şoferləri, avtobusda qalmış çamadanımı unutmuşdum. Nə qədər möhkəm qaçsamda çata bilmədim. Taksiyə minib getdi. Yox bunu belə qoymaq olmaz deyə məndə bir taksi tutub dedimki arxasınca sürsün. Taksi şoferinə arxayın olub yavaş yavaş sakitləşdim. Niyə bu qədər həyəcanlanmışdım heç bilmirəm. Adrenalin qanımı qaynatmışdı Tez tez nəfəs alırdım. Əllərimi ovuşdurub həyəcanla yola baxırdım. Onda ağlıma gəıdiki dəftəri açım baxım. Bəlkə boşdu? Bu qədər həngaməni boş dəftərə görə qoparmıyım?...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0211 saniye