Qızıl Kilsənin keşişi İlya düşmənlə savaşda ağır yaralar alan qəhrəman Sosonu arabası ilə kilsəyə gətirdi. Kilsədəki otaqlardan birində ona yataq düzəltdi,yaralarına öz əlləri ilə hazırladığı məlhəmlərdən çəkib üstünü təmiz bezlə sarıdı. Üç gecə öz şagirdi Anzorla qəhramanın başından heç ayrılmadı. Sosonun yenidən həyata dönməsi üçün keşiş İlya əlindən gələni əsirgəmədi. Uzun əzab-əziyyət sahəsində nəhayət ki, qəhrəman Soso göz qapaqlarını tərpətdi.
-Ustad o, yaçayacaqmı?
- Çıxmayan candan ümid kəsilməz - deyə, keşiş İlya tələbəsi Anzorun sualına cavab verdi.
Qəhrəmanın sarğılarını dəyişməyə başladılar. Məlhəmlər öz təsirini göstərmişdi, qəhrəman Sosonun bədəninə...
Daha bir üç gün keçdi. Soso özünə gəlmişdi. Ayaqları yer tutmasa da, yatağına dirsəklənməyi bacarmışdı. İndi,onun keşiş İlyaya bir can borcu vardı. Dini rituallar bitər-bitməız İlya, qəhraman Sosonun otağına gəlib onun həblərini verir,sarğılarını təzələyirdi.
Bir gecə, Soso yan otaqdan gələn səsə oyandı. Yerindən qalxıb axsaya-axsaya qapıya yaxınlaşdı. Qonşu otağın qapısı ağzına çatanda açıq-aşkar içəridən qadın səslərinin gəldiyini duydu. Qapını döymək fikrindən vaz keçdi."Bu nədir,məni qaramı basır?" deyə özünə sual etdi. Geri,otağına qayıtdı,yerinə uzandı,amma, gözlərinə yuxu getmədi. Sabah sübh duasından sonra İlya yenə ona baş çəkdi. İçindəki suallar Sosonu qovursa da,"xilaskarından" ötən gecə barədə bir şey soruşmadı. Həmin gecə, Soso yenə eyni səslərə oyandı. Gecədən xeyli keçmiş,demək olar ki, sübh çağına az qalmışdı. O,yenə qonşu otağın qapısına yaxınlaşdı. Yenə qadın səsləri,yenə abırsız qəhqəhələr eşidilirdi. Bu dəfə, Soso ehtiyatla əyilib qapının balaca gözlüyündən içəri baxdı. İlahi bu,əsil dəhşət idi. İçəridə keşiş İlya, tələbəsi Anzor və üç qadın əllərində şərab bardaqları ilə əylənirdilər. Qadınlardan biri, keşiş İlyanın qucağında oturub onun saqqalını tumarlayırdı. Soso bu,iyrənc və üzücü mənzərəni çox izləyə bilmədi...
Sabah sübh duası üçün kənd əhalisinin qarşısına çıxan keşiş İlya dini ayin oxumaq istədi. Otaqdan bayıra çıxan Soso ona imkan vermədi.
- Ey əhali, siz kimə pənah gətirdiyinizin fərqindəsinizmi!? Siz, keşiş İlyanın müqəddəs ibadət yerimizi nə hala gətirdiyini bilirsinizmi!? Sizin bu, şeytan xislətli adamın burada nələr etdiyindən xəbəriniz varmı!? Qəhəman Sosonun bu, qəzəb dolu harayı kənd əhalisi tərəıfindən sükutla qarşılandı. Hamının gözü keşiş İlyaya dikilmişdi. İlya, qəhramanın harayını soyuq qanlı bir tərzdə qarşıladı və sonra üzünü kənd camaatına tutub aramla,sakit bir tərzdə sözə başladı:
-Ey əhali,sizlər məni on ildir ki, tanıyırsız və ötən illər ərzində bir xətamı gördünüzmü? Xeyir, görmədiniz. Mən bu, çarəsiz və köməksiz döyüşçünü savaş meydanından ağır, yaralı vəziyyətdə gətirdim. Müqəddəs Kilsəmizdə ona günlərlə baxdım, bu, əllərimlə yaralarına məlhəm qoydum, yuxusuz gecələrimi bu,yaralı döyüşçünün həyatda qalması üçün verdim. Beləmi olacaqdı mənim mükafatım!? Budurmu mənim etdiklərimin qarşılığı!? Sən hansı cürətlə mənə şər,böhtan,iftira yağdırırsan!?
Kənd camaatının qəzəb və hiddət dolu baxışları qəhrəman Sosonun üzünə dikilmişdi. O, ədalət ararkən haqsız duruma düşdüyünün fərqindəydi,lakin,artıq çox gec idi. Qısa bir sükutdan sonra, keşiş İlya sözünə davam etdi:
- Belə nankor və böhtançıların cəzası ölümdür!
Camaat bir haya bənd imiş kimi,əllərinə yerdən nə keçdisə Sosoya tərəf atdılar. Amansız zərbələrin təsirindən Soso canını elə orada, Qızıl Kilsənin qarşısında tapşırdı. Savaş meydanında düşmən qılıncının yaralarından ölməyən Sosonu, günahkarın fətvası ilə atılan daş-kəsək məhv etmişdi.Qəhramanın aradığı ədalətin gözləri tutulmuş, harayı haysız qalmışdır...