Qəlb əvəzi
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 10:37 13 iyun 2022 tarixində əlavə olunmuşdur

Ayağımdan başımacan
Yardız, parça-param olsun
İnanmıram daha mənim
Bundan dərin yaram olsun

Yetir salam duyanlara,
Bu yanlara, o yanlara
Arazı ayıranlara
Bütün bəşər haram olsun!

Məni an həsrətin yorsa,
Zatən yolun sonu gorsa,
Gec də olsa, güc də olsa
Təki bizdə məram olsun

Mən damlayam, sən buludsan
Şimşəklənib göyü tutsan
Sən unutma... Mən unutsam,
Qoy mənim üz qaram olsun

Agah olun necədirsə,
Verməz yer mənfura, pisə
Təbriz mənim qəlbimdisə,
Mənim qəlbim haram olsun?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0214 saniye